Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
1938-ci ildə yazılmış məşhur romanın adını rasizm səbəbindən dəyişdirdilər

Detektiv romanlarından danışarkən Aqata Kristinin adı əvvəllərdə gəlir. Qadın yazıçının “On iki zənci balası” əsəri çox məşhurdur.

Bizimyol.info xəbər verir ki, nə qədər qəribə olsa da, romanın adı dəyişdirilir. Aqata Kristinin bu adla rasizmə yol verdiyi düşünülür.

Aqata Kristi Aqata Kristi

İngilis yazıçının nəticəsi Ceyms Priçard yeni ad da fikirləşib. “On iki zənci balası” bundan sonra “Onlar on iki nəfər idilər” adlanacaq. Priçard deyib ki, ulu nənəsi insanların təhqir olunmasını istəməzdi. Onun fikrincə, Aqata Kristi sağ olsaydı, adın dəyişdirilməsinə məmnuniyyətlə razılıq verərdi: “Biz daha başqalarını yaralayan terminlərdən istifadə etməməliyik. 2020-ci ilə uyğun davranış qaydasıdır”.

Roman 1938-ci ildə yazılıb. Priçard hesab edir ki, onda leksika fərqli olduğundan, problem yaranmayıb: “Əminəm ki, ilk ad ABŞ-da heç vaxt istifadə olunmayıb. 1980-ci ildə Böyük Britaniyada adı dəyişmək qərarına gəliblər. Biz indi hər yerdə bunu etməyə çalışırıq”.

Paylaş »
››› Paşinyan bir cümlə ilə Türkiyəyə qarşı bütün gizli planların üstünü açdı
››› Cəbhədə son vəziyyət: Ermənilərin itkilər verən “Legion” dəstəsi döyüşməkdən imtina edib
››› “New York Times”: “Erməni əsgərlərin cəsədləri həftələrlə ortada qalır, iy verir”
››› Fransız jurnalist Tərtər sığınacaqlarından yazıb - Foto
››› “WarGonzo” Qarabağdan qaçdı
Son xəbərlər
Bütün xəbərlər »