Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa Liqasında mövsümün “23-lüy”ü açıqlanıb

Avropa Liqasında 2019/20 mövsümünün rəmzi komandası açıqlanıb.

Apasport.az saytının məlumatına görə, texniki müşahidəçilərin tərtib etdiyi siyahıda 23 oyunçu yer alıb.

Heyətə 3 qapıçı, 6 müdafiəçi, 8 yarımmüdafiəçi və 6 hücumçu daxil edilib. Yarışın qalibi “Sevilya” səkkiz, finalçı “İnter” altı oyunçu ilə rəmzi komandada təmsil olunub.

Qapıçılar: Samir Handanoviç (İnter), Yasin Buno (Sevilya), Karl-Yohan Yonsson (Kopenhagen);

Müdafiəçilər: Serxio Reqilon (Sevilya), Xesus Navas (Sevilya), Stefan de Vriy (İnter), Konor Koadi (Vulverhempton), Jül Kunde (Sevilya), Conatan Ta (Bayer);

Yarımmüdafiəçilər: Bruno Fernandes (Mançester Yunayted), Ever Baneqa (Sevilya), Kay Havertz (Bayer), Fred (Mançester Yunayted), Tayson (Şaxtyor), Nikolo Barelya (İnter), Marselo Brozoviç (İnter), Fabian Frey (Bazel);

Hücumçular: Romelu Lukaku (İnter), Lautaro Martinez (İnter), Markus Reşford (Mançester Yunayted), Lukas Okampos (Sevilya), Munir (Sevilya), Luk de Yonq (Sevilya).

Paylaş »
››› Arutunyanın Şuşa bəyanatı ermənilərin başına soyuq su tökdü
››› Əsir düşmüş erməni silahlılarından biri din xadimi çıxdı - Video
››› Bərdəni atəşə tutan "Smerç" reaktiv sistemi aşkarlandı və məhv edildi - Video
››› Paşinyanın NATO-ya şok məktubu: Qarabağı verək, əvəzində...
››› Ermənistanda daxili qarşıdurma başladı: “Onlar türklərin “Bayraktar”ından təhlükəlidir”
Son xəbərlər
Bütün xəbərlər »