Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ Çin şirkətlərinə sanksiya tətbiq etdi

ABŞ Çin hökumətinin Cənubi Çin dənizindəki ərazi iddialarını həyata keçirməkdə istifadə etdiyi 24 dövlət şirkətinə və onların rəhbər şəxslərinə qarşı viza və ixracat məhdudiyyətləri tətbiq edib.

“Report” xəbər verir ki, ABŞ-ın Ticarət Nazirliyi açıqlamasında həmin şirkətlərin Çinin bölgədəki “mübahisəli əraziləri ələ keçirərək silahlandırmaq” fəaliyyətlərinə kömək etdikləri bildirilir.

“Birləşmiş Ştatlar, Çinin qonşuları və beynəlxalq birlik Çinin Cənubi Çin dənizinə iddialarına qarşı çıxır və Çin hərbisi üçün süni adalar tikintisini pisləyir. Çin tərəfindən bu adaların təxribatçı tikintisində həmin qurumların əsaslı rolu müəyyənləşdirilib və onlar cavabdeh hesab olunmalıdır”, - ABŞ-ın ticarət naziri Uilbur Ross bəyanatda qeyd edib.

Paylaş »
››› Erməni mayor: “Uşaqlarımızı Azərbaycan ərazisində döyüşməyə buraxmayın” - Video
››› Ermənilərdən Putinə daha bir yalvarış məktubu
››› Milli Qəhrəmanımız doğulduğu torpaqlar uğrunda döyüşlərdə həlak olub
››› Tonoyan Laçının müdafiəsinə şəxsən rəhbərlik etmək üçün Qarabağa gəlib
››› Cəbrayılın işğaldan azad edilən Minbaşılı kəndinin görüntüləri - Video
Son xəbərlər
Bütün xəbərlər »