Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan NATO-ya: “Səbrimizi daşırmayın”

Türkiyənin Yunanıstanla Aralıq dənizində kəllə-kəlləyə gəlməsi bölgədə vəziyyəti gərginləşdirib.

Yunanlar çox aqressiv davranır. Avropa ölkəsi Kipr, İtaliya və Fransa ilə birlikdə Aralıq dənizinin şərqində hərbi təlimlərə başlayıb.

Bizimyol.info xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberqin ortaya qoyduğu mövqe Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın xoşuna gəlməyib. Əslində, təşkilat rəhbəri Aralıq dənizinin şərqində baş verənlərlə bağlı narahatlıq ifadə etmişdi. Ərdoğan bir az sərt danışıb: “Mən bizim həmsöhbətləri sakitliyə və onların məhvinə gətirib çıxaracaq səhvlərdən uzaq dayanmağa çağırıram. Türkiyə səbri daşırılacaq ölkə deyil. Biz nəsə edəcəyimizi demişiksə, deməli, olacaq. Sonrasına da hazırıq”. Türkiyə prezidenti əlavə edib ki, planlaşdırdıqları işləri sona çatdıracaqlar. Ərdoğan heç bir qüvvənin onları dayandıra bilməyəcəyini söyləyib.

Fransa donanması Aralıq dənizində Fransa donanması Aralıq dənizində | Foro: Reuters

Yunanıstanla Türkiyənin yola getməməsi çoxdanın söhbəti olsa da, yeni qarşıdurma avqustun 15-də başlayıb. Avropa ölkəsi iddia edirdi ki, sularında türk sualtı qayığını aşkar edib. Türkiyə isə yunanları ölkələrarası razılaşmanı pozmaqda qınayır.

Avqustun 25-də Yunanıstanın Xarici İşlər naziri Nikos Dendias Afinanın suverenliyini qorumağa hazır olduğunu bildirmişdi. O, Türkiyəni təxribatda ittiham etmişdi.

Paylaş »
››› ABŞ prezidentliyinə namizəd Baydendən Azərbaycana qarşı davakar açıqlama
››› Ermənilər indi də Krasnodar Erməni Respublikası qurmağa başlayıblar
››› Ter-Nakalyan: Ordumuz taqətdən düşüb, Azərbaycana gücümüz çatmayacaq
››› Ermənilər Qarabağa görə ABŞ-da yolu bağladı, sürücü düşüb 3 nəfəri bıçaqladı
››› Bayraktar yeni dronları sınaqdan keçirdi - Foto
Son xəbərlər
Bütün xəbərlər »