Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanlı alimdən seroloji testlərlə bağlı çağırış

Xəbər verdiyimiz kimi Azərbaycanda koronavirus pandemiyası ilə əlaqədar mübarizədə seroloji testlərin keçirilməsinə başlanılıb.

Təsadüfi seçilmiş əhali qrupları arasında könüllülük prinsipi ilə testlərin aparılmasında əsas məqsəd əhali arasında COVID-19 xəstəliyinin gizli keçirilməsi haqqında təsəvvürlərin əldə olunması və əhalinin neçə faizinin artıq immuniteti olmasının öyrənilməsidir.

Amma cəmiyyət seroloji testlərin əhəmiyyətindən və bunun nəyə xidmət etdiyindən yetərincə məlumatlı deyil.

Bizimyol.info-ya açıqlama verən Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev deyib ki avqustun 24-də Honkonqda 33 yaşlı şəxsin ikinci dəfə koronavirus infeksiyasına yoluxması barədə məlumatlar yayılıb.

Nuran Abdullayev Nuran Abdullayev

“Hələ ilk dəfə mart ayında koronavirusa yoluxan 33 yaşlı şəxsdə boğaz, baş ağrıları, öskürək və yüksək temperatur olub və onda COVID-19 virusu təsdiqlənib. İspaniya səfərindən qayıtdıqdan sonra onda yenidən COVID-19 virusu tapılıb.

Sadəcə qan analizi zamanı infeksiyanın olduğu göstəricilər müəyyənləşib. Odur ki, Azərbaycanda seroloji testlərin aparılmasını pandemiya dövründə ən dəyərli elmi tədqiqat kimi qiymətləndirirəm”,-deyə Nuran Abdullayev bildirib.

Tanınmış həkim deyib ki, seroloji testlərin aparılması dövlətin pandemiya ilə mübarizədə elmi səviyyədə dəqiq strategiyaları müəyyən etmək üçün çox önəmlidir: “Ona görə də vətəndaşlar unutmamalıdırlar ki, onların seroloji testlərdə iştirakı dövlətlə həmrəy olub pandemiyaya qarşı mübarizədə birgə addımlamaq deməkdir".

Ramid İbrahimov

Paylaş »
››› Türklərin boykot etdiyi fransız brendləri: “Chanel”, “Christian Dior”, “Renault”...
››› “Bizim üçün ağrılı olan güzəştlərə getməyə hazırıq” - Paşinyan
››› Paşinyan bədbin danışdı: “Atəşkəsi təmin edə bilmirlərsə...”
››› Putindən NATO-ya təklif
››› Erməni əsgəri öz ordularındakı acınacaqlı vəziyyəti, ruh düşkünlüyünü və özbaşınalığı görüntüləyib - Video
Son xəbərlər
Bütün xəbərlər »