Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyənin kəşf etdiyi qaz yataqları Azərbaycan qazının ixracını azaldacaqmı...

“Türkiyənin qaz istehlakını və kəşf edilən yataqdakı qazın həcmini nəzərə alsaq, təbii ki, həmin ölkəyə qaz ixracını ciddi olmasa da, azalda bilər”.

Bu fikirləri Bizimyol.info-ya açıqlamasında “Spektr” Sosial-İqtisadi Araşdırmalar və İnkişaf İctimai Birliyi idarə heyətinin sədri Ramil Abbasov səsləndirib.

Ramil Abbasov Ramil Abbasov

Ekspert bildirib ki, Azərbaycan qazının gələcək 2 il üçün Türkiyəyə ixracını 12.5 milyard kubmetrə çatdıracağı, amma buna baxmayaraq yeni kəşf olunan yataqlara ilkin olaraq 6 milyard dollar yatırılması və nəticədə 10-15 milyard kubmetr qaz hasilatı gözlənilir.

“Bu da illik istehalkın təqribən üçdə biri deməkdir. Bu baxımdan Azərbaycanın qardaş ölkəyə sərmayə yatırma şansı da yaranır. Bir məsələni də vurğulayım ki, əgər Türkiyə höküməti tərəfindən planlaşdırılmış bu lahiyə plana uyğun gedərsə, hasilatın 2023-cü ildən başlanacağı gözlənilir. İstənilən halda yataqların kəşfi sevindirici haldır qardaş ölkə baxımından. Regionda isə Azərbaycan qazına ehtiyacın böyük olduğunu , qiymətini, keyfiyyətini nəzərə alaraq ixracatının kiçiləcəyi ağlabatan deyil”,- deyə o bildirib.

Siyasi şərhçi Əziz Əlibəyli də hesab edir ki,Türkiyənin yeni qaz yataqları tapması ilə Azərbaycan neftinə və qazına tələbatı azalmayacaq.

Əziz Əlibəyli Əziz Əlibəyli, Siyasi analitik

“Türkiyə Azərbaycan qazının ötürülməsində ötürücü rolunu oynayır və özünün də iqtisadi dividentləri var. Bu layihələr Qərb və Avropa tərəfindən layihələşdirilir ki, Rusiyanın regiondakı enerji hegemonluğuna son qoyulsun. Türkiyənin tapdığı yataq isə o dərəcədə zəngin olmayıb, onun tələbatını 100 faiz qarşılamağa yetərli deyil. Bu yataq Türkiyənin ehtiyacının beşdə birini qarşılaya bilir. Ona görə Türkiyənin yenə Azərbaycanın, İranın, Rusiyanın enerji ehtiyatlarına ehtiyacı var və olacaq”.

İlhamə

Paylaş »
››› ABŞ prezidentliyinə namizəd Baydendən Azərbaycana qarşı davakar açıqlama
››› Ermənilər indi də Krasnodar Erməni Respublikası qurmağa başlayıblar
››› Ter-Nakalyan: Ordumuz taqətdən düşüb, Azərbaycana gücümüz çatmayacaq
››› Ermənilər Qarabağa görə ABŞ-da yolu bağladı, sürücü düşüb 3 nəfəri bıçaqladı
››› Bayraktar yeni dronları sınaqdan keçirdi - Foto
Son xəbərlər
Bütün xəbərlər »