Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ver yeyim, ört yatım" düşüncəli alimlərlə hara gedirik...

“Hətta öz taleyinə biganə qalan "Ver yeyim, ört yatım, dinmə, canım çıxmasın" düşüncəsi ilə yaşayan alimlərin sayəsində Azərbaycan elmi və AMEA düzələn deyil. Akademik R.Mehdiyev gedəndən sonra da, elmə faydasız, dövlətçiliyə biganə belə alim zümrəsi yüksək maaşa layiq ola bilməz”.

Bu fikirləri Bizimyol.info-ya AMEA Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşı, filologiya elmləri doktoru İdris Abbasov səsləndirib. Ramiz Mehdiyevin AMEA-dakı fəaliyyətinə münasibəti barədə sualımızı cavablandıran alim bildirib ki, Ramiz müəllim təqaüdə çıxsa daha məqsədəuyğun olardı.

İdris Abbasov İdris Abbasov

“Ümumiyyətlə, AMEA prezidentinin mənim elmi fəaliyyətimlə heç bir əlaqəsi olmayıb. Təbbi ki, mən də arzu edərəm ki, işlədiyim qurumun rəhbəri sadə, təvazökar, qanunlara riayət edən, alimlərin qayğısına qalan olsun. Belə qalmaqallarla rastlaşmaqdansa, məncə, Ramiz müəllim təqaüdə çıxmağı daha üstün tutmalıdır. Akdemiyanın vəziyyətinin düzəlməsi isə nəinki ölkənin, və xalqın, hətta öz taleyinə biganə qalan "Ver yeyim, ört yatım, dinmə, canım çıxmasın" düşüncəsi ilə yaşayan alimlərin sayəsində düzələn deyil. Akademik R.Mehdiyev gedəndən sonra da, elmə faydasız, dövlətçiliyə biganə belə alim zümrəsi yüksək maaşa layiq ola bilməz”,- deyə alim bildirib.

“Hazırda AMEA-dan 10 000 əməkdaş maaş alır. Təkcə mənim işlədiyim Nəsimi adına Dilçilik İnstitutunun 200-ə yaxın əməkdaşı var. Alimlər ortaya sanballı elmi işlər qoymalıdırlar, sadəcə ordan-burdan köçürməklə, formal müdafiə etməklə, dərəcə, ad alıb onun-bunun tərəfini tutaraq qalmaqallar, badalaq vurmalarla elm olmur”,- deyə o qeyd edib.

İlhamə Rəsulova

Paylaş »
››› Ordumuz Bərdəni atəşə tutan dəstələrin başına od yağdırdı - Video
››› ABŞ prezidentliyinə namizəd Baydendən Azərbaycana qarşı davakar açıqlama
››› Ermənilər indi də Krasnodar Erməni Respublikası qurmağa başlayıblar
››› Ərdoğandan qorxan Makron Rusiyanın ətəyindən yapışdı
››› Ter-Nakalyan: Ordumuz taqətdən düşüb, Azərbaycana gücümüz çatmayacaq
Son xəbərlər
Bütün xəbərlər »