Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prokurorluq əməkdaşının rütbəsi alınmaqla orqanlardan xaric edilib

Bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən Bakı şəhəri Nərimanov rayon prokurorunun köməkçisi Həsənov Əsgər Novruz oğlunun prokurorluq işçisinin adına yaraşmayan hərəkətlərə yol verməsi ilə bağlı informasiyalar paylaşılıb.

Bizimyol.info xəbər verir ki, Baş Prokurorluğunun mətbuat xidmətindən verilən məlumata görə, bununla bağlı Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsi tərəfindən müvafiq yoxlama aparılıb.

Toplanmış materiallar Baş Prokurorluğun “İşin Təşkili Qaydaları” əsasında yeni yaradılmış İntizam Komissiyasına təqdim olunub.

İntizam Komissiyasında xidməti yoxlama materiallarına baxılaraq Əsgər Həsənovun “Azərbaycan Respublikası Prokurorluğu İşçilərinin Etik Davranış Kodeksi”nin tələblərini pozaraq prokurorluq orqanlarında formalaşdırılmış nizam-intizam qaydalarının tələblərinə riayət etməməsi, o cümlədən eyni xarakterli pozuntularla əlaqədar Baş Prokurorluq üzrə əvvəllər verilmiş müvafiq əmrlərdən nəticə çıxarmaması müəyyən edildiyindən onun intizam məsuliyyətinə cəlb olunması ilə bağlı Baş prokurora təqdimatla müraciət olunub.

Baş Prokuror Kamran Əliyevin 26 avqust 2020-ci il tarixli əmri ilə Əsgər Həsənov rütbədən məhrum edilməklə prokurorluq orqanlarından xaric edilib.

Paylaş »
››› İran qəzeti satışa Makronun əcaib karikaturası ilə çıxdı - Foto
››› Ordumuz Bərdəni atəşə tutan dəstələrin başına od yağdırdı - Video
››› Tramp Qarabağ haqda danışdı: “Gözləntilərim doğrulmadı”
››› İş adamından "Mersedes" hədiyyə alan əsgərdən açıqlama: Bayrağı Xocalıda asacağam
››› Bərdə yenidən raket atəşinə tutulub, azı 14 mülki şəxs ölüb - Video
Son xəbərlər
Bütün xəbərlər »