Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Alim: Maaş azdırsa, niyə bərk-bərk yapışmısan akademiyadan...

Neçə gündür AMEA prezidenti Ramiz Mehdiyev cəmiyyət tərəfindən sərt tənqidə məruz qalıb. Əslində buna tənqid yox ifşa demək daha doğru olardı.

Qadağan dövründə baş tutan toy əvvəl məhkəməyə, daha sonra xalq qınağına , daha sonra tərəflərin qarşılıqlı ittihamlarına gətirib çıxardı.

Ramiz Mehdiyev son günlər cəmiyyətə mesajlarını AMEA-nın rəsmi saytından verməyə başlayıb və son 3 gündə verdiyi 2 açıqlama xeyli müzakirələrə səbəb olub. Bəs yaxşı, hər kəsin bu qədər dövlətə xəyanətdə ittiham etdiyi adam barədə alimlər niyə susurlar. Nədən onun istefasını tələb etmirlər?

İdris Abbasov İdris Abbasov

Bizimyol.info-nun bu sualını AMEA Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşı, filologiya elmləri doktoru İdris Abbasov cavablandırıb:

“Nəsimi adına Dilçilik İnstitunda şöbə müdiriyəm və həmişə öz mövqeyimi bildirmişəm. Vallah, öz taleyinə biganə qalan insanlar haqqında bir şey deyə bilmərəm. O alimlər ölkədəki heç bir taleyüklü məsələyə, heç bir dövlət əhəmiyyətli hadisəyə münasibət bildirmirlər. Bir çoxları ancaq az iş görüb, ya heç iş görməyib çoxlu maaş umur, daim şəxsi maraq güdürlər. Adamdan soruşarlar bəs maaş azlığından gileylənirsənsə, niyə bərk-bərk yapışmısan və əl çəkmək istəmirsən akademiyadan? Elmə töhfən də səhifə yığınından və saydan başqa bir şey deyildir. Sadəcə, elmi dərəcə və adın var, vəssalam. Bir qismi yaltaqlıq edib əyri yollara baş vurmağı iş hesab edir, suyun şırıltısına qulaq asırlar. Əksər alimlərin sosial şəbəkə hesabı vardır. Baxın, görün, nə status paylaşırlar? Akademiklərin, elmlər doktorlarının səhifələrinə baxın, sonra özünüz bir nəticəyə gəlin. Sanki bu dövlətdə yaşamırlar. Nursuz ziyalılarla yalnız zülmətə dalmaq olar. Bunlara dövlətin, xalqın cəfası yox, səfası lazımdır. Niyə özlərinə əziyyət verib münasibət bildirməlidirlər ki?! Belələrinin yüksək maaş ummağa heç bir mənəvi haqqı yoxdur”.

İlhamə Rəsulova

Paylaş »
››› Arutunyanın Şuşa bəyanatı ermənilərin başına soyuq su tökdü
››› Bayraktar yeni dronları sınaqdan keçirdi - Foto
››› Makron yenə İslamın əleyhinə danışdı
››› Dinc əhalimizi atəşə tutan düşmən bölmələrinin başına od yağdı - Video
››› Bərdəni atəşə tutan "Smerç" reaktiv sistemi aşkarlandı və məhv edildi - Video
Son xəbərlər
Bütün xəbərlər »