Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Almaniya azərbaycanlı ailəni Gürcüstana deportasiya etdi

Almaniyada dörd ilə yaxın möhlət hüququ ilə yaşayan azərbaycanlı ailə ötən gün Gürcüstana deportasiya edilib.

“Report”un məlumatına görə, iki valideyn, üç uşaqdan ibarət azərbaycanlı ailə gecə saat 4 radələrində polis və miqrasiya idarəsinin əməkdaşları tərəfindən yaşadıqları evdən götürülərək Münhen hava limanına gətiriliblər. Onlar buradan xüsusi təyyarə reysi ilə Gürcüstana deportasiya ediliblər. Deportasiya edilənlər arasında azərbaycanlı ailədən başqa daha 20 nəfər də olub.

Ailənin Azərbaycana yox, Gürcüstana deportasiya edilməsinə gəlincə, Almaniya Miqrasiya İdarəsi və Daxili İşlər Nazirliyi burada atanın vətəndaşlıq mənsubiyyətini nəzərə alıb. Belə ki, ailədə ata Gürcüstan, ana Azərbaycan vətəndaşıdır. Üç uşağın hər biri də Azərbaycanda anadan olub və onlara Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi verilib. Lakin ailə bununla bağlı nə Azərbaycan, nə də Gürcüstan səfirliyinə müraciət edib.

Məlumat üçün bildirək ki, Almaniya Federativ Respublikası ötən həftədə koronavirus pandemiyası dövründə sığınacaq axtaranların ilk deportasiyasını həyata keçirib. Almaniyada sığınacaq müraciətləri rədd edilən və barələrində idarə məhkəmələrinin qərarı ilə deportasiya qərarı çıxarılan 33 nəfər Pakistan vətəndaşı Münhen hava limanından xüsusi təyyarə ilə Paksitana deportasiya edilib.

Paylaş »
››› Rusiyalı hərbi ekspert: Qarabağdakı Ermənistan ordusunun kapitulyasiyası və ya məhvi zaman məsələsidir
››› Ermənistanın "tragikomik" yalanları: Türkiyə sənətçilərini Qarabağda "öldürürlər"
››› ABŞ hökuməti xəbərdarlıq edir! Ermənilər Bakıda terror aktları törədə bilər
››› “Azərbaycandan çox geri qalmışıq”
››› Araik Arutyunyan Paşinyana məktub yazıb İlham Əliyevlə danışıqlara çağırır
Son xəbərlər
Bütün xəbərlər »