Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xəzəri çirkləndirən maddə ilə bağlı açıqlama

Hər il çimərlik mövsümündə Xəzərin ekoloji vəziyyəti gündəmə gəlir.

Xəzərin problemləri içərisində dəniz sularının və dənizkənarı zonaların çirklənməsi, bununla əlaqədar ekoloji şəraitin korlanması son dövrün mühüm məsələlərindən biridir. Xəzər dənizinin əsas çirklənmə mənbələri onun sahillərində yerləşən şəhərlərin və sənaye obyektlərinin çirkab suları və dəniz nəqliyyatıdır.

Bizimyol.info xəbər verir ki bu günlərdə sənaye tullantıları ilə çirkləndirilmiş Mərdəkan çimərliyindən çəkilmiş videogörüntü sosial şəbəkələrdə müzakirələrə səbəb oldu.

Məsələ ilə bağlı Bizimyol.info-ya açıqlama verən Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədov bildirib ki, şirkətə məxsus neft-qaz platformalarımızda son dövrdə məhsulun sızması qeydə alınmayıb.

“Ümumilikdə qüvvədə olan istehsalat standartlarımıza əsasən çıxarılan məhsulun dənizə axıdılmasına yol verilmir, neftlə yanaşı çıxan lay suları isə ancaq xüsusi qurğularda təmizləndikdən sonra quyulara vurulur. Videoda görünən maddəni zahirən neftə və ya gəmilərdən sızılan yanacağa-tullantılara bənzətmək olar. Maddənin mənşəyinin dəqiq müəyyən olunması üçün səlahiyyətli qurumlara, məsələn Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunmalıdır”,-deyə İbrahim Əhmədov bildirib.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə informasiya sorğusu göndərilib.

Ramid İbrahimov

Paylaş »
››› ABŞ prezidentliyinə namizəd Baydendən Azərbaycana qarşı davakar açıqlama
››› Ermənilər indi də Krasnodar Erməni Respublikası qurmağa başlayıblar
››› Ter-Nakalyan: Ordumuz taqətdən düşüb, Azərbaycana gücümüz çatmayacaq
››› Ermənilər Qarabağa görə ABŞ-da yolu bağladı, sürücü düşüb 3 nəfəri bıçaqladı
››› Bayraktar yeni dronları sınaqdan keçirdi - Foto
Son xəbərlər
Bütün xəbərlər »