Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xəzinə axtaranların məhv etdiyi tarixi abidələrimizə sahib çıxan yoxdur

Yardımlıda sındırılan abidələrin bərpasına ehtiyac var.

“Sovet hökuməti dağılandan sonra bir sıra rayonlarda olduğu kimi, Yardımlıda da şirin xülyalarla yaşayan var-dövlət hərisləri asan yolla varlanmaq eşqinə düşmüşdülər. Onlar tarixi abidələrin ətrafında qazıntılar aparır, ləl-cəvahirat axtarırdılar. Kimlərin nə əldə etdiyi barədə heç nə deyə bilmərəm, amma acı bir həqiqətdir ki, rayonun müxtəlif yerlərində xeyli tarixi abidəyə ziyan dəyib.”

Bunu Bizimyol.info-ya Yardımlı Xeyriyyə Cəmiyyətinin sədri Elman Eldaroğlu deyib.

Elman Eldaroğlu

Onun sözlərinə görə, 30 ildə çox deyilib, çox yazılsa da sındırılıb, dağıdılan abidələrə, daş kitabələrə laqeyd yanaşma dəyişməyib.

“Bu günlərdə daha xəzinə axtaranlar, abidələri qıranlar yoxdur. Daha belə hadisələr yoxdur. Amma qırılmış abidələri toplayan, qoruyan da yoxdur. Sındırılan abidələri bərpa etmək, heç olmasa onları rayon tarix-diyarşünaslıq muzeyinin qarşısına gətirmək ağıllarından belə keçmir- deyə o bildirib.

Məsələ ilə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Masallı Regional Mədəniyyət İdarəsinin Yardımlı rayon şöbəsi ilə əlaqə saxladıq. Masallı Regional Mədəniyyət İdarəsinin rəhbəri Lətifə Mövsümova ilə əlaqə saxlaya bilməsək də, telefona cavab verən şəxslər problemin tezliklə həllini tapacağını dedilər. Yalansa gerçək olsun.

İlhamə

Paylaş »
››› Gəncənin keçmiş icra başçısının nümayəndəsi: “Elmar Vəliyev heç nə bilmir, heç özünü tanımır...”
››› Qarabağda qızıldan milyardlar qazanan Rusiya şirkəti təşvişə düşüb
››› Ermənistan Müdafiə Nazirliyi: Azərbaycan qüvvələri erməni qüvvələrini 12 dəfə üstələyib
››› Rusiyanın Qarabağ münaqişəsinə müdaxilə etməyə heç bir əsası yoxdur...
››› Ərdoğanın maaşı nə qədər olacaq...
Son xəbərlər
Bütün xəbərlər »