Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xeyirxahlıq və mərhəmətin simvolu

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyeva həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda məhz belə tanınır: Xeyirxahlıq və mərhəmətin simvolu.

Bu xanım Mehriban Əliyevanın həyat fəlsəfəsi, ilahinin ona bəxş etdiyi şərəfli missiyasıdır. Mehriban Əliyeva bu gün dünya miqyasında Azərbaycan qadınının ən layiqli simvoluna çevrilib. Sərqlə Qərbi birləşdirən Azərbaycan milli-mənəvi dəyərlərinin, irsinin qorunaraq saxlanması və dünyaya ən yüksək səviyyədə təqdim olunması sahəsindəki fəaliyyəti isə elə milli irsimiz milli dəyərimiz kimi tarixin yaddaşında əbədi qalacaqdır. Cünki, bu Mehriban xanımın həyat yoludur. Bu gün ən yüksək dövlət postunda da yorulmadan calışan Mehriban xanım ayrı-ayrı sahələrdə qarşıya qoyulmuş məqsədlərin gerçəkləşməsinə,milli maraqlardan irəli gələn straterji əhəmiyyətli vəzifələrin reallaşmasına xidmət edən səmərəli fəaliyyəti ilə xalqın dərin rəgbətini və sevgisini qazanıb. Mehriban xanımın coxşaxəli fəaliyyəti məhz Azərbaycan xalqının və dövlətinin mənafeyinə xidmət edir.Onun yüksək təşkilatçılıgı sayəsində ölkəmizdə nüfuzlu tədbirlərə ev sahibliyi etməsi Azərbaycanın reallıqlarının təbligi baxımından müstəsna xüsusi əhəmiyyətə malikdir.Mehriban xanımın fəaliyyətində sosial məsələlərin həllinə xususi diqqət yetirir, aztəminatlı təbəqələrin problemlərinin həllinə daha həssas yanaşır.Məhz buna görə də Birinci vitse-prezident kimi Mehriban xanımın ilk təsəbbüsu də Bakı və Sumqayit səhərlıərinin yataqxanalarında müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin mənzil və məişət şəraitinin yaxşılaşdırılması üçün yaşayış binalarının tikilməsinə verdiyi göstəriş oldu.

Bu gün xalqımızın dərin sevgisini qazanmış bu xanımın, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür. Ona uzun ömür, can sağlığı diləyir, hər zaman cənab Prezidentimiz İlham Əliyevin yanında olaraq, Azərbaycanın inkişafı naminə göstərəcəyi fəaliyyətdə ona uğurlar arzulayırıq. Ulu Tanrı Sizi qorusun!

Ilham Məmmədov Ilham Məmmədov, Milli Məclisin deputatı
Paylaş »
››› İlham Əliyev: “Bunların dərdi-azarı Ermənistanı bu vəziyyətdən çıxarmaqdır”
››› Hikmət Hacıyev: "Növbəti dəfə humanitar atəşkəsin pozulmasına görə məsuliyyət Ermənistanın üzərinə düşür"
››› Ali Baş Komandan: “Azərbaycanın qarşısında heç kim dura bilməz”
››› Qubadlı şəhəri işğaldan azad olundu!
››› Prezident: “Kəlbəcərin bir hissəsi işğalçılardan azad edilib”
Son xəbərlər
Bütün xəbərlər »