Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-ın birinci xanımı tezliklə COVID-19-a vaksinin tapılacağına söz verdi

ABŞ-ın birinci xanımı Melanya Tramp ABŞ lideri Donald Trampın COVID-19 üçün təsirli bir vaksin tapacağına söz verib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, birinci ledi bu barədə Ağ evdə baş tutan toplantıda söyləyib.

"Bu xəstəlikdən doğmalarını itirənlərin hər birinə dərin hüznlə başsağlığı verirəm və dualarım xəstəliklə mübarizə aparanlarladır. Bilirəm ki, koronavirusdan çox insan əziyyət çəkir, özlərini çarəsiz hiss edirlər. İstəyirəm biləsiz ki, həyat yoldaşımın rəhbərliyi ilə virusa effektli peyvənd tapılacaq və xəstəliyə qalib gələcəyik"- deyə Melanya Tramp vurğulayıb.

ABŞ-ın birinci xanımı pandemiya zamanı həkimlərin, tibb bacıların və müəllimlərin əməyini yüksək qiymətləndirərək təşəkkür edib.

Paylaş »
››› Ermənilər Paşinyanı sosial şəbəkə səhifəsində “yıxıb-sürüyür”
››› Azərbaycanlılar Paşinyana nə yazır... - Foto
››› Putin Qarabağ haqqında danışdı
››› Ekspert: "Jirinovskinin Azərbaycan prezidentini girov götürmək sayıqlamasına diqqət edilməlidir"
››› Azərbaycan Ordusu düşmənin canlı qüvvəsi və hərbi texnikasını məhv etdi - Video
Son xəbərlər
Bütün xəbərlər »