Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mikrobioloq: “İspaniyada koronavirusun ikinci dalğası əvvəlki ilə müqayisədə yumşaq olacaq”

“İspaniyada koronavirus epidemiyasının artıq ikinci dalğası başlayıb, lakin bu, birincidən daha yumşaq olacaq”.

APA xəbər verir ki, bu fikri Navarra Universitetinin Tibb Fakültəsinin professoru, mikrobioloq Qilermo Martinez de Texada RİA Novosti-yə verdiyi müsahibəsində deyib.

Professor bildirib ki, ölkədə karantin rejimi ilə bağlı tətbiq edilən məhdudiyyətlər əvvəlki dalğa ilə müqayisədə sərt olmayacaq.

Çərşənbə axşamı İspaniyanın Baş naziri Pedro Sançez də ikinci dalğa ilə əlaqədar vəziyyətin narahatlıq doğurduğunu söyləsə də, əvvəlki dövrdən yumşaq olduğunu bildirib.

Qeyd edək ki, İspaniyada epidemioloji vəziyyət iyul ayından yenidən pisləşməyə başlayıb. Epidemiyanın başlanğıcından bu günə qədər aşkar edilmiş yoluxmaların ümumi sayı 412 mini ötüb, 28,9 min nəfər ölüb.

Son sutka ərzində 2,4 min yoluxma hadisəsi qeydə alınıb.

Son yoluxma halları əsasən 40 yaşdan aşağı gənclər arasında müşahidə edilib.

Paylaş »
››› Putin Qarabağ haqqında danışdı
››› Azərbaycanlılar Paşinyana nə yazır... - Foto
››› Türkiyə ilə Yunanıstan arasında növbəti gərginlik
››› Ekspert: "Jirinovskinin Azərbaycan prezidentini girov götürmək sayıqlamasına diqqət edilməlidir"
››› Azərbaycan Ordusu düşmənin canlı qüvvəsi və hərbi texnikasını məhv etdi - Video
Son xəbərlər
Bütün xəbərlər »