Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
SOCAR 26-27 avqust tarixlərində Belarusa 94 min ton neft tədarük edəcək

“Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 26-27 avqust tarixlərində Belarusa daha 94 min ton neft tədarük etməyi planlaşdırır”.

APA xəbər verir ki, bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İbrahim Əhmədov TASS informasiya agentliyinə açıqlamasında bildirib.

"Növbəti neft partiyasının tədarükü ilə bağlı bir neçə həftə əvvəl razılıq əldə edilmişdi. Belarus tərəfi 93-94 min ton sifariş etmişdi. Sabah və ya sonrakı günlərdə Türkiyənin Ceyhan limanından Belarusa 94 min ton həcmində Azərbaycan nefti göndəriləcək”, - deyə SOCAR nümayəndəsi vurğulayıb.

Qeyd edək ki, bu ilin mart ayında SOCAR Belarusa iki tanker Azərbaycan nefti göndərib. Birinci partiyada 90 min ton, ikincidə isə 85 min ton. Tədarük edilmiş xammal Odessa limanından Odessa-Brodı boru kəməri ilə Belarus neft emalı zavodlarına daşınıb.

Paylaş »
››› İlham Əliyev: “Bunların dərdi-azarı Ermənistanı bu vəziyyətdən çıxarmaqdır”
››› MN: Ordumuz düşmənə qarşı yüksək dəqiqlikli silah tətbiq edir - Video
››› Baş Prokurorluq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrinə xəbərdarlıq etdi
››› Qubadlı rayonunun işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
››› Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
Son xəbərlər
Bütün xəbərlər »