Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Türkiyənin 14 şəhərində bir sıra qadağalar yenidən qüvvəyə mindi

Türkiyənin 14 əyalətində koronavirusa yoluxma sayında artım səbəbindən sabahdan etibarən yenidən məhdudiyyətlər tətbiq olunacaq.

“Qafqazinfo” xəbər verir ki, Daxili İşlər nazirliyinin yeni qərarına əsasən Adana, Ankara, Ağrı, Bursa, Çorum, Diyarbakır, Erzurum, Gaziantep, Kayseri, Konya, Mardin, Şanlıurfa, Van və Yozqatda toy, xına, nişan mərasimləri 1 saatdan artıq keçirilməyəcək.

Toy və nikah zamanı yemək verilməyəcək, rəqslər qadağan olunacaq.

Bəylə gəlinin birinci dərəcəli qohumları istisna olmaqla 65 yaş və ondan yuxarı, eləcə də 15 yaşdan aşağı şəxslərin toylara gəlişi qadağandır.

Məclislərdə maska və sosial məsafə qaydalarına əməl olunmalıdır.

Paylaş »
››› “Son anda Kəlbəcər və Laçının qaytarılmasından imtina etdilər” - İlham Əliyev
››› Paşinyan bir cümlə ilə Türkiyəyə qarşı bütün gizli planların üstünü açdı
››› Cəbhədə son vəziyyət: Ermənilərin itkilər verən “Legion” dəstəsi döyüşməkdən imtina edib
››› Düşməndən əldə olunan hərbi qənimətlərin növbəti görüntüsü - Video
››› Ukrayna İrana təzminat ödətdirir
Son xəbərlər
Bütün xəbərlər »