Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Birinci qrup əlil: “Ev başıma uçur”

Cəlilabadın Sərhədabad kənd sakini Pərviz Ağayev daha hərəkət edə bilmir. Əzələ hüceyrələrindəki problemə görə gəzmək qabiliyyətini itirib.

Bizimyol.info-ya danışan birinci qrup əlil 2019-cu ilin əvvəllərindən bu vəziyyətə düşdüyünü bildirir.

“Həkimlər anadangəlmə olduğunu deyir. Amma məndə inkişaf orta məktəbin son siniflərində dayanıb. Üç-dörd il də keçəndən sonra problem ciddiləşdi. Əvvəllər divardan tutaraq yeriyirdim, indi ayaqlarım tamam sözümə baxmır. O biri otağa otura-otura keçirəm”.

Pərviz Ağayev xəstəliklə çox mübarizə aparıb. İrana gedib, Bakının Şaqan qəsəbəsindəki Əlillər üçün müalicə Pansionatında müalicə alıb. Amma bütün bunların nəticəsini görməyib.

Cəlilabadın Sərhədabad kənd sakini Pərviz Ağayev, 1-ci qrup əlil Pərviz Ağayev

“Müalicəni keçən ildən dayandırmışam. Çünki ümidverici sözlərin heç biri özünü doğrultmadı. Sanki İrandakı müalicə bir az effektli idi. Amma imkansızlıqdan davam elətdirə bilmədim. İndi həkimlər heç ümid də vermirlər”.

İki körpəsi olan Pərviz Ağayev valideynləriylə birlikdə yaşayır. Birinci qrup əlil yaxşı dolanmadıqlarını deyir. Sərhədabad sakini karantin günlərində ərzaq yardımı üçün sosial şəbəkələrdə müraciət də paylaşıb.

“Çox yerə müraciət eləmişəm. Sosial şəbəkələrdə də yazdım ki, bəlkə kömək edən ola. Bakıdan bir qadın reaksiya vermişdi. Sonradan Cəlilabada ərzaq göndərmişdi”.

Pərviz Ağayev deyir ki, ən çox yaşadığı evin dərdini çəkir. Çünki çox köhnədir, bir neçə yerdən çat verib.

“İnanın, ev başıma uçur. Cəlilabad Rayon İcra Hakimiyyətindən bir dəfə 1500 manat yardım eləmişdilər. Ona uzağı hamam-tualet tikmək olardı. Həmin pul da çətin günlərdə xərclənib getdi. Qorxuram ki, ev qışdan çıxmaya”.

1-ci qrup əlil - Cəlilabadın Sərhədabad kənd sakini Pərviz Ağayev bank kartı

Pərviz Ağayev axırda xahiş edir ki, onun mobil telefon nömrəsini (050 336 20 24), bank kartının fotosunu da paylaşırıq. Birinci qrup əlil inanmaq istəyir ki, ona kömək edənlər tapılacaq.

Paylaş »
››› ABŞ prezidentliyinə namizəd Baydendən Azərbaycana qarşı davakar açıqlama
››› Ermənilər indi də Krasnodar Erməni Respublikası qurmağa başlayıblar
››› Ter-Nakalyan: Ordumuz taqətdən düşüb, Azərbaycana gücümüz çatmayacaq
››› Ermənilər Qarabağa görə ABŞ-da yolu bağladı, sürücü düşüb 3 nəfəri bıçaqladı
››› Bayraktar yeni dronları sınaqdan keçirdi - Foto
Son xəbərlər
Bütün xəbərlər »