Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avro qonşu ölkədə rekord həddə bahalaşdı

Rus rublu yaxşı günlərini yaşamır. Avqustun ortalarından Rusiya valyutasının güc itirdiyi müşahidə olunur.

Bizimyol.info xəbər verir ki, qonşu ölkədə avro rekord həddə bahalaşıb. Bakı vaxtı ilə 18.14-də Avropa valyutasının rubla nisbətdə məzənnəsi 88.91-ə çatıb.

Moskva Moskva, Rusiya / Foto: Pixabay.com

Avqustun 25-də Rusiyada dolların məzənnəsi də yüksəlib. Gün ərzində 75.14 göstəricisi qeydə alınıb. Axşama doğru dolların yavaş-yavaş yüksələn xətt tutduğu müşahidə edilir.

Rublun dəyər itirməsində bir neçə amil rol oynayır. Hər şeydən əvvəl geosiyasi vəziyyət sözünü deyir. Yəni Belarusda diktaturanın sarsılması, Rusiya müxalifət lideri Aleksey Navalnının zəhərlənməsi bazara təsirsiz ötüşə bilməz. Dünya bazarında etibarlılıq çox əhəmiyyətli sayılır.

Aleksey Navalnı Aleksey Navalnı

Ümumilikdə neft amili də həmişə önəmlidir. Rusiya yanacağının barelinin 42.6 dollardan aşağı olması həmişə şimal ölkəsi üçün başağrısı yaradır. Ruslar il ərzində neftdən gözləntilərini ala bilməyib. Hadisələrin gedişi də Rusiya iqtisadiyyatı, ayrıca rubl üçün yaxşı gələcək vəd etmir.

Paylaş »
››› Putin Qarabağ haqqında danışdı
››› Azərbaycanlılar Paşinyana nə yazır... - Foto
››› Türkiyə ilə Yunanıstan arasında növbəti gərginlik
››› Ekspert: "Jirinovskinin Azərbaycan prezidentini girov götürmək sayıqlamasına diqqət edilməlidir"
››› Azərbaycan Ordusu düşmənin canlı qüvvəsi və hərbi texnikasını məhv etdi - Video
Son xəbərlər
Bütün xəbərlər »