Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanın xarici işlər naziri erməni həmkarı ilə görüşün mümkünlüyünə münasibət bildirib

“Həmsədrlər bu ilin payızında Azərbaycan və Ermənistan XİN başçılarının görüşünü təşkil etmək istəyirlər. Lakin Ermənistanın fəaliyyəti faktiki olaraq həmsədrlərin səylərini sıfıra endirib”.

APA-nın verdiyi məlumata görə, bunu TASS agentliyinə müsahibəsində Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların gedişatını Azərbaycanın necə qiymətləndirməsi ilə əlaqədar suala cavabında bildirib.

Nazirin sözlərinə görə, Ermənistanın münaqişənin nizamlanması prosesini pozması təkcə iyulun 12-də baş verən hərbi hücumla məhdudlaşmır: "Bu ölkənin rəhbərliyi müharibənin nəticələrini möhkəmləndirməyin vacibliyini, ərazilərin azad edilməsinin mümkünlüyünün istisnalığını bəyan edərək, Azərbaycanın yaşayış məntəqələrinə zərbələr endirməklə hədələyərək, işğal altındakı ərazilərə qanunsuz köçürülmə siyasətini davam etdirərək danışıqların bərpa olunması şansına zərbə vurur. Ermənistan tərəfinin bu aqressiv bəyanatlarının və təxribatçı addımlarının siyahısını davam etdirmək olar. Bu cür şərtlərdə XİN başçılarının görüşünün tarixi haqqında danışmaq tez olardı.

ATƏT-in Minsk Qrupu həmsədrlərindən BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsində və 1994-cü ildə ATƏT-in Budapeşt Sammitinin qərarında nəzərdə tutulduğu kimi, Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi və silahlı münaqişənin digər nəticələrinin aradan qaldırılması ilə bağlı Ermənistan tərəfinin əsaslı danışıqlar aparmağa hazır olmasının təminatını gözləyirik. Bu cür razılaşmaların həyata keçirilməsi daha sonra siyasi məsələlərə baxmağa başlanılmasına imkan verəcək".

Paylaş »
››› İran qəzeti satışa Makronun əcaib karikaturası ilə çıxdı - Foto
››› Ordumuz Bərdəni atəşə tutan dəstələrin başına od yağdırdı - Video
››› Tramp Qarabağ haqda danışdı: “Gözləntilərim doğrulmadı”
››› İş adamından "Mersedes" hədiyyə alan əsgərdən açıqlama: Bayrağı Xocalıda asacağam
››› Bərdə yenidən raket atəşinə tutulub, azı 14 mülki şəxs ölüb - Video
Son xəbərlər
Bütün xəbərlər »