Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Polis xalaoğlulardan külli miqdarda narkotik aşkarlayıb

Bakıda narkotik vasitələrin satışı ilə məşğul olan xalaoğlanlarından 11 kiloqramdan artıq narkotik vasitə aşkar edilib.

Bizimyol.info xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 34-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik mnaddələrin satışı ilə məşğul olan şəxslər saxlanılıblar.

Əvvəlcədən daxil olmuş məlumat əsasında Xətai RPİ 34-cü PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhər sakini Elçin Zərbəliyevdən bir büküm heroin götürülüb. E.Zərbəliyevə narkotik vasitəni satmış, əvvəllər məhkum olunmuş Lənkəran şəhər sakini Tural Abdullayev də müəyyən edilərək saxlanılıb, onun üzərində şəxsi axtarış aparılan zaman 510 qram heroin götürülüb.

Davam etdirilən tədbirlərlə Tural Abdullayevə narkotik vasitəni satan onun xalası oğlu, əvvəllər məhkum olunmuş Aqşin Cəbrayılzadə də saxlanılıb.

Polis əməkdaşları tərəfindən Aqşin Cəbrayılzadənin paytaxtın Nizami rayonunda yaşadığı mənzilə keçirdikləri baxış zamanı külli miqdarda 2 kiloqram 511 qram heroin, 2 kiloqram 940 qram həşiş, 1 kiloqram 160 qram tiryək, 427 qram metamfetamin və 3 kiloqram 505 qram marixuana aşkarlanıb götürülmüşdür. Bu əməliyyat zamanı ümumilikdə 11 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb.

Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Onların hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib,. Narkotik maddələrin mənbəyinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Paylaş »
››› Paşinyan bir cümlə ilə Türkiyəyə qarşı bütün gizli planların üstünü açdı
››› “New York Times”: “Erməni əsgərlərin cəsədləri həftələrlə ortada qalır, iy verir”
››› Fransız jurnalist Tərtər sığınacaqlarından yazıb - Foto
››› Ermənistan silahlı qüvvələrinin Qubadlı istiqamətindəki bölmələri məhv edilib - Video
››› “WarGonzo” Qarabağdan qaçdı
Son xəbərlər
Bütün xəbərlər »