Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
NATO-nun 18 qırıcısı Lukaşenkonu təşvişə salıb

“18 NATO F-16 qırıcısı Polşa aerodromlarından Belarus sərhədlərinə uçmağa hazırlaşır. Onların məqsədi Prezident Lukaşenkonu devirmək üçün hərbi əməliyyat keçirməkdir”.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Belarusun Müdafiə naziri Viktor Xrenin dövlət başçısı Aleksandr Lukaşenkonun iştirakı ilə keçirilən müşavirədə belə deyib.

Nazirin məruzəsi "Belarus-1" telekanalı ilə translasiya edilib.

Viktor Xrenin bildirib ki, ölkənin qərb vilayətlərinin əhalisi "yaxın qonşulardan birinin etnik və mədəni mənsubiyyətindən" bəhs edən separatçı təbliğatına məruz qaldığından mürəkkəb vəziyyət yarana bilər.

Aleksandr Lukaşenko

Onun sözlərinə görə, Qərb ölkələrinin xüsusi xidmət orqanlarının nəzarətində olan destruktiv qüvvələr qərb sərhədindən keçərək Belarusa daxil ola bilərlər. Eyni zamanda, Qərbin "öz xalqının soyqırımı" anlayışı ilə hərəkətə keçəcəyi və hərbi müdaxiləyə əl atacağı barədə məlumatlar var.

“İlk növbədə, dövlət sərhədimizin bilavasitə yaxınlığında yerləşən yüksək hazırlıqlı hissələrin və bölmələrin tətbiqi ilə Belarusa hücum gözlənilir”, - deyən V.Xrenin qeyd edib ki, hava dəstəyi üçün təcavüzkarlar bu yaxınlarda Almaniyadan Polşadakı Lask aviabazasına köçürülmüş ABŞ Hərbi Hava Qüvvələrinin 18 F-16 qırıcısından istifadə edə bilərlər: “Həmin aviabazadan Belarus dövlət sərhədinə uçuş müddəti təxminən 22 dəqiqədir”.

Nazirin sözlərinə görə, Belarus ordusu təcavüzkara qarşı dərhal reaksiya verəcək və operativ hərbi qüvvələrindən istifadə edəcək.

Paylaş »
››› Türklərin boykot etdiyi fransız brendləri: “Chanel”, “Christian Dior”, “Renault”...
››› “Bizim üçün ağrılı olan güzəştlərə getməyə hazırıq” - Paşinyan
››› Paşinyan bədbin danışdı: “Atəşkəsi təmin edə bilmirlərsə...”
››› Putindən NATO-ya təklif
››› Erməni əsgəri öz ordularındakı acınacaqlı vəziyyəti, ruh düşkünlüyünü və özbaşınalığı görüntüləyib - Video
Son xəbərlər
Bütün xəbərlər »