Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tixanovskaya “dinc inqilab”ın başladığını elan etdi

Belarusda keçirilən prezident seçkilərində Aleksandr Lukaşenkonun əsas rəqibi olan Svetlana Tixanovskaya ölkəsində “dinc inqilab”ın başladığını elan edib.

“Report” xəbər verir ki, bunu S.Tixanovskaya Avropa Parlamentindəki onlayn çıxışında söyləyib.

“Biz artıq müxalifət deyilik. Biz artıq çoxluğuq. Hazırda dinc inqilab baş verir”, - o bildirib.

Onun sözlərinə görə, bu inqilab təbiətən geosiyasi deyil: “O, nə Rusiyameyilli, nə anti-Rusiya, nə Avropameyilli, nə də anti-Avropadır. Bu, demokratik inqilabdır. Bu, liderlərini azad şəkildə seçmək istəyən və öz taleyinə qərar vermək istəyən xalqın mübarizəsidir”.

Paylaş »
››› Erməni mayor: “Uşaqlarımızı Azərbaycan ərazisində döyüşməyə buraxmayın” - Video
››› Ermənilərdən Putinə daha bir yalvarış məktubu
››› Milli Qəhrəmanımız doğulduğu torpaqlar uğrunda döyüşlərdə həlak olub
››› Tonoyan Laçının müdafiəsinə şəxsən rəhbərlik etmək üçün Qarabağa gəlib
››› Cəbrayılın işğaldan azad edilən Minbaşılı kəndinin görüntüləri - Video
Son xəbərlər
Bütün xəbərlər »