Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Sara bu dəfə qədim yunanların DNK-sında erməni izləri “tapdı”

“Human Rights Watch” beynəlxalq insan haqları təşkilatının Yaxın Şərq üzrə keçmiş direktoru, erməni əsilli Sarah Lee Vaytson (Sarah Leah Whitson) özünün rasist və insan haqları ilə heç cür uzlaşmayan baxışlarını bir daha nümayiş etdirib.

Virtualaz.org xəbər verir ki, uzun illər həmin təşkilatın çətiri altında Azərbaycana insan haqları dərsi keçməyə çalışan Sarah Lee növbəti qalmaqallı tvit-lə çıxış edərək qədim yunanların “erməni kökənli” olduqlarını iddia edib.

O iddia edir ki, yeni DNK araşdırmaları Yunanıstanda ilk məskən salan insanların erməni əsilli olduqlarını “sübut edir”.

Xatırladaq ki, bu günlərdə Sarah Lee Vaytson İsrail dövlətini “fələstinlilərin haqlarını pozduğuna görə” faşist rejimi ilə müqayisə etmişdi və növbəti dəfə antisemit baxışlarını büruzə vermişdi.

İndi isə əslən Livan ermənisi olan, özünün qatı millətçi, irqçi və faşist mövqeyi ilə tanınan Amerika Erməni Milli Komitəsinin (ANCA) dəhlizlərində vurnuxan Sarah Lee Vaytson özünü növbəti dəfə ifşa edərək uzun illər işlədiyi insan haqları təşkilatından əslində irqçi, faşist baxışlarını həyata keçirmək üçün istifadə etdiyini təsdiqləmiş olur.

Bu qadın erməni faşizminə o dərəcədə aludə olub ki, hətta dünya tarixini də saxtalaşdırmağa cəhd edir. Əgər Sarah Lee Vaytson növbəti tvitlərindən birində Adəm və Həvvanın da “erməni əsilli” olduqlarını bildirsə, yəqin ki, buna da təəcüblənmək lazım gəlməyəcək.

Ümumiyyətlə, insanlara münasibətdə rasizm və onların köklərinə dair hansısa DNK araşdırmalarına maraq göstərmək dərhal Hitler Almaniyasını və faşistləri yada salır. Əgər Sarah Lee Vaytson qədim yunanların əslində “erməni əsilli” olduqlarını “sübut edibsə” onun tərəfindən tamamilə məntiqli olardı ki, növbəti mərhələdə indiki Yunanıstanın “Böyük Ermənistana” aid olduğu barədə təbliğata başlasın.

Özü öz iç üzünü açan və çoxdan ifşa edilən, əslində insan haqları kimi bəşəri dəyərlərdən çox uzaq biri olduğunu sübut edən bu erməni əsilli qadının nəyə görə hər fürsətdə antisemit mövqe nümayiş etdirdiyini onun son tviti daha yaxşı başa düşməyə kömək edir.

Hansı ki, bu cür rasist baxışlara malik olan birinin beynəlxalq səviyyədə insan haqlarının müdafiəsi ilə məşğul olması həmin universal dəyərlərə təhqir idi. Və “Human Rights Watch” təşkilatının insan haqları sahəsində mötəbər təşkilat statusuna iddia edə bilməyəcəyini ortaya qoyurdu.

Sarah Lee Vaytson illərlə işlədiyi təşkilatda Azərbaycanı hədəf alıb və hər fürsətdə insan haqlarını pozmaqda ittiham edib. Əslində isə o, ANCA-nın Azərbaycan torpaqlarının işğal edilməsini insan haqları, Qarabağ ermənilərinin insan hüquqlarının müdafiə olunması ilə əsaslandırmağa çalışan mənfur ideologiyasına xidmət edirdi.

Paylaş »
››› Paşinyan bir cümlə ilə Türkiyəyə qarşı bütün gizli planların üstünü açdı
››› Cəbhədə son vəziyyət: Ermənilərin itkilər verən “Legion” dəstəsi döyüşməkdən imtina edib
››› “New York Times”: “Erməni əsgərlərin cəsədləri həftələrlə ortada qalır, iy verir”
››› Fransız jurnalist Tərtər sığınacaqlarından yazıb - Foto
››› “WarGonzo” Qarabağdan qaçdı
Son xəbərlər
Bütün xəbərlər »