Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Uşaqlıqdan eşitmə və nitq məhdudiyyəti olan şəxsin əlillik dərəcəsinin ləğv olunmasına açıqlama

Uşaqlıqdan eşitmə və nitq məhdudiyyəti olan Zaqatala rayon sakini Həsrətov Şaban Elşad oğlunun əlillik dərəcəsinin ləğv olunması ilə bağlı yayılan məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən araşdırılıb.

Nazirlikdən Bizimyol.info-ya verilən məlumata görə, 06.11.2019-cu il tarixində 18 yaşı tamam olduğu üçün şəxsin sağlamlıq imkanları məhdudluğa görə ödənilən sosial müavinətin dayandırılması müəyyən edilib: “Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən, 18 yaşınadək uşaqlara sağlamlıq imkanları məhdudluq təyin edilir, 18 yaşı tamam olan şəxs əlilliiyin qiymətləndirilməsi üçün, daha doğrusu əlillik dərəcəsi təyin edilməsi üçün yaşayış yeri üzrə qeydiyyatda olduğu səhiyyə müəssisəsinə müraciət etməli, şəxsə məxsus tibbi sənədlər əsasında səhiyyə müəssisəsinin həkim komissiyası tərəfindən forma 88 (göndəriş) tərtib edilərək Əlillik Altsisteminə elektron qaydada göndərilməlidir”.

Nazirlikdən bildirilib ki, Həsrətov Şaban Eyvaz oğlu 18 yaşı tamam olduqdan sonra əlilliyin qiymətləndirilməsi üçün qeyd olunan qaydada rəsmi olaraq müraciət etməyib, Əlillik Altsistemində vətəndaşa məxsus müraciət mövcud deyil: “Həmin şəxsin atası Həsrətov Şabanla əlaqə saxlanılaraq əlilliyin qiymətləndirilməsi üçün müvafiq prosedur qaydalar izah edilib, qanunvericilik çərçivəsində izahat verilib”.

Ramid İbrahimov

Paylaş »
››› Türklərin boykot etdiyi fransız brendləri: “Chanel”, “Christian Dior”, “Renault”...
››› “Bizim üçün ağrılı olan güzəştlərə getməyə hazırıq” - Paşinyan
››› Paşinyan bədbin danışdı: “Atəşkəsi təmin edə bilmirlərsə...”
››› Putindən NATO-ya təklif
››› Erməni əsgəri öz ordularındakı acınacaqlı vəziyyəti, ruh düşkünlüyünü və özbaşınalığı görüntüləyib - Video
Son xəbərlər
Bütün xəbərlər »