Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İlahiyyatçı: İnsanlar indiyə qədər alışmadıqları fəlakətlə üz-üzə qaldılar

Bu il Pandemiya səbəbindən Aşura mərasimi keçirilməyəcək.

Lakin bir çox dindarlar, ölkə vətəndaşları məscidlərin açılmasını,dini mərasimlərin adətincə yerinə yetirilməsini, xüsusilə Aşura mərasiminin keçirilməsini tələb edirlər.

İlahiyyat elmləri doktoru, İçərişəhər “Cümə” məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsinin İçərişəhər üzrə səlahiyyətli nümayəndəsi Hacı Surxay Məmmədli Bizimyol.info-ya verdiyi açıqlamda bildirib ki, bu il yaranmış gözlənilməz hal- yəni pandemiya vəziyyəti ilə əlaqədar olaraq dünyanın demək olar ki, bütün müsəlman ölkələrində dini mərasimlərin keçirilməsi müvəqqəti olaraq təxirə salınıb.

Hacı Surxay Məmmədli

“Məscidlərin açılması ilə bağlı vətəndaşların narahatlığı təbiidir. Amma nəzərə almaq lazımdır ki, bu gün vəziyyət tamamilə başqadır. Bütün dünya pandemiya dövrünü yaşayır. Dünyanı başına almış pandemiya dövlətləri öz rəvan həyatından ayırıb, insanların yaşam tərzini dəyişdirib, mənəviyyata, inama söykənən ənənələrə yeni yanaşma gətirib Hazırda istər İslam, istərsə də qeyri-müsəlman dövlətləri təkcə dini sahədə deyil, bütün sahələrdə insanları bir yerə toplayan tədbirləri təxirə salıblar”,- deyən din adamı bəyan edib ki, insanlar indiyə qədər görünməmiş addımların şahidi oldular.Bütün dünya bu virus səbəbilə böhran yaşadı, ölümlər , itkilər oldu. Hər kəs evinə qapandı.Bu alışmadığımız bir vəziyyət idi. Müqəddəs məkanlar, kütləvi ziyarət yerləri qapandı. Hər il milyonlarla zəvvarın ziyarətə gəldiyi Kəbə evi koronavirus səbəbindən mömünləri qəbul edə bilmədi.

“Kərbəlada Ər Bein yürüşləri də bu il olmaycaq. Allah bəndələrini sevəndir, qoruyandır, bu il kütləvi tədbirlərin keçirilməsi o demək olardı ki, biz bu bəlayla uzun müddət savaşaq, o dünyanın yaxasından əl çəkməsin. Kim bunu istəyə bilər? Biz yalnız öz dini inanclarımızı deyil, başqalarının həyatlarını da nəzərə almalıyıq. Aşura mərasiminin keçirilməsi üçün yeni media platformasından yararlanmaq mümkündür. Onlayn şəkildə təşkil ediləcək moizələr insanlara evdə oturub dini mərasimdə iştirak etmək imkanı verəcək”,- deyə ilahiyyatçı qeyd edib.

“Allah bizə səbr etməyi də buyurub, səbr insana verilmiş ən ali duyğulardan biridir.Allah tezliklə bu bəlanı, bu böhranı bütün dünyadan, o cümlədən ölkəmizdən uzaq eləsin”,- deyə Hacı Surxay arzusunu dilə gətirdi.

İlhamə

Paylaş »
››› ABŞ prezidentliyinə namizəd Baydendən Azərbaycana qarşı davakar açıqlama
››› Ermənilər indi də Krasnodar Erməni Respublikası qurmağa başlayıblar
››› Ter-Nakalyan: Ordumuz taqətdən düşüb, Azərbaycana gücümüz çatmayacaq
››› Ermənilər Qarabağa görə ABŞ-da yolu bağladı, sürücü düşüb 3 nəfəri bıçaqladı
››› Kadırovdan Makrona jest: Məhəmməd adı qoyulan uşaqlara görə pul paylayacaq
Son xəbərlər
Bütün xəbərlər »