Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Hansı mövqedə olmasından asılı olmayaraq, hər kəs etdiyi əmələ görə qanun qarşısında məsuliyyət daşıyır”

​“Azərbaycanda koronavirus pandemiyasına qarşı hələ ilk gündən aparılan hərtərəfli mübarizə bu gün xəstəliyin nəzarətdə saxlanılmasına kömək edib”.

Bunu Bizimyol.info-ya açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov bildirib.

Deputat qeyd edib ki, ölkəmizdə virusun yayılma təhlükəsinin yayıldığı vaxtdan etibarən cənab Prezidentimiz tərəfindən vaxtında verilən düzgün qərarlar, atılan addımlar bu gün ölkəmizdə bu virusdan dünyasını dəyişənlərin sayını minimum həddə saxlayıb: “Azərbaycanda dövlətin pandemiyaya qarşı apardığı ciddi mübarizə göz önündədir. Əgər Prezident İlham Əliyevin qabaqlayıcı tədbirləri olmasaydı, indi müsbət, effektiv dinamika da olmazdı. Lakin əfsuslar olsun ki, son zamanlarda paytaxt Bakı başda olmaqla, ölkəmizin bir çox şəhər və rayonunda yaşayan vətəndaşlarda sanki bir növ arxayınlıq yaranıb, karantin rejiminin qaydalarına əməl etmək istəmirlər. Əvvəllər vətəndaşlar koronavirusa görə qorxu hissi keçirirdilər və bu səbəbdən də qaydalara daha ciddi əməl etməyə və yoluxmamağa çalışırdılar. Hazırda isə görünən odur ki, vətəndaşlarda qorxu hissi getdikcə azalır. Sanki insanlarda psixoloji arxayınlıq yaranıb ki, virusun yayılma prosesi sona çatıb.

​Məlum olduğu kimi bu günə qədər daxili işlər orqanları xüsusi karantin rejiminin tələblərini pozaraq əyləncə təşkil edən, toy, yas və s. mərasimləri keçirən çoxlu sayda şəxsi məsuliyyətə cəlb edib”.

A.Məmmədov bildirib ki, bu günlərdə isə bəzi vəzifəli şəxslərin, məmurların müxtəlif toy mərasimləri təşkil etməsinə dair məlumatlar cəmiyyətin ciddi hiddətinə səbəb olur və qınağına məruz qalır: “Təbii ki bunların heç biri xoşagələn hal deyil. Çünki biz heç bir halda karantin rejiminin tələbləri ilə bağlı yumşaldılmaları rahatlıq və virusdan tam azad olmaq kimi qəbul etməməliyik. Nəzərə alsaq ki, bu günə qədər cənab Prezidentin tapşırıqları şəxsi nəzarəti sayəsində, bu qlobal bəlanın qarşısının alınması məqsədi ilə önəmli işlər görülüb, həmçinin əldə etdiyimiz uğurlar alınan qərarlara riayət etməyimiz nəticəsində mümkün olub buna görə də kimliyindən və sosial statusundan fərqli olmuyaraq hər kəs qanun qarşısında bərabər olmalı və qoyulan qaydalara ciddi şəkildə riayət etməlidir. Belə olan halda isə qanunu pozmaq yolverilməzdir. Azərbaycan demokratik, hüquqi dövlətdir. Ölkə qanunlarla və Konstitusiya ilə idarə olunur. Hansı mövqedə olmasından asılı olmayaraq, hər bir fərd, hər bir kəs etdiyi əmələ görə qanun qarşısında məsuliyyət daşıyır. Belə hallara qarşı daim ciddi mübarizə aparılır və hüququn aliliyi təmin edilir”.

Ramid İbrahimov

Paylaş »
››› Arutunyanın Şuşa bəyanatı ermənilərin başına soyuq su tökdü
››› Əsir düşmüş erməni silahlılarından biri din xadimi çıxdı - Video
››› Bərdəni atəşə tutan "Smerç" reaktiv sistemi aşkarlandı və məhv edildi - Video
››› Paşinyanın NATO-ya şok məktubu: Qarabağı verək, əvəzində...
››› Ermənistanda daxili qarşıdurma başladı: “Onlar türklərin “Bayraktar”ından təhlükəlidir”
Son xəbərlər
Bütün xəbərlər »