Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
“Hüquq-mühafizə orqanları bir vətəndaşı cərimələyib, digərini cərimələməyə bilməz!” - Deputat
Ramiz Mehdiyevin nəvəsinin toyu

“Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və təlimatları var. Vəzifəsindən asılı olmayaraq, hər bir vətəndaşın onlara riayət etməsi tələb olunur. Xüsusilə xalq qarşısında məsuliyyət daşıyan şəxslər. Heç kimin dövlətin qanunlarını pozmağa haqqı yoxdur!”

Bunu Bizimyol.info-ya açıqlamasında Milli Məclisin deputatı Eldəniz Səlimov bildirib.

Eldəniz Səlimov Eldəniz Səlimov

Deputat qeyd edib ki, qanunverici orqanın təmsilçiləri olaraq deputatlar 6 aya yaxındır ki, seçicilərini qaydalara riayət etməyə çağırırlar: “Sadə vətəndaşı qaydaları qəbul etməyə, hərəkət məhdudiyyətlərinə uymağa, işsiz evdə oturmağa səsləyirik, digər tərəfdən bu qadağaları pozma hallarının şahidi oluruq. Bunu necə qiymətləndirmək olar? Cənab Prezident İlham Əliyev hər çıxışında və görüşlərində ehtiyatlı olmağa, qadağaları nəzərə almağa, yaranmış vəziyyətin tələblərini ciddiyə almağa çağırır və bildirir ki, vəzifə daşıyıcıları sadə insanlara nümunə olmalıdır. İndi isə üzücü mənzərənin şahidi oluruq, vətəndaşları nizam-intizama səsləyən vəzifəli şəxslər Prezidentin çağırışlarına zidd olaraq özləri qaydaları pozur və buna haqq qazandırmağa çalışırlar.

Kimliyindən asılı olmayaraq, hər kəs qanun qarşısında bərabərdir. Qaydaları pozan yüksək rütbəli məmur, vəzifəlilər qanunu pozursa, hüquq mühafizə orqanları mütləq ölçü götürməlidirlər. Şəhər və rayonlarda toy, məclislər təşkil etmək istəyən sadə insanlar cərimə oluna bilər, eynilə də bu sərt addım qanunu pozan məmurlara, özlərini qanundan yüksək tutanlara şamil olunmalıdır. Ədalətlilik özünün ən sərt üzü ilə indiki zamanda görünməlidir. Ortaya çıxan nəticə budur ki, qanun təkcə kasıb və sadə insanlar üçün nəzərdə tutulmayıb. Heç kəs bununla da dövlətə meydan oxuya bilməz. Əgər, kimsə düşünürsə ki, bu addımı ilə dövlətə meydan oxuyur, yanılır və böyük səhv edir”.

E.Səlimov bildirib ki, qanun qarşısında vəzifəsindən asılı olmayaraq hər bir vətəndaşın boynu qıldan incədir: “Başa düşülməlidir ki, xalq və qanun ölkə rəhbərinin tərəfindədir. Dövlətimizin əmin-amanlığı, xalqımızın firavan yaşamı qarşısında Ulu öndərimizin siyasi kursu və cənab Prezidentin qətiyyətli siyasi iradəsi durur.

Qaydalar hər kəs üçündür! Kasıb, varlı, müəllim, deputat, həkim, iqtidar, müxalifət, taksi sürücüsü! Fərqi yoxdur! Hüquq-mühafizə orqanları qaydanı pozur deyə bir vətəndaşı cərimələyib, digərini cərimələməyə bilməz! Bu gün isə qaydaları pozan bəzi tanınmış şəxslər cərimələnirsə, hətta inzibati qaydada həbs edilirsə bu hərkəs üçün ciddi dərs olmalıdır! Toy qadağası davam edir və bu hərkəs üçün belədir! Baş verənlər, dövlətimiz, hüquq-mühafizə orqanları tərəfindən müvafiq tədbirlərin görüldüyünü və heçkəsə xüsusi imtiyaz verilmədiyini və verilməyəcəyini bir daha göstərir! Bəlkədə artıq bu kimi hadisələrdə cəmiyyət olaraq təəcüblənməməyi öyrənməyə başlamalıyıq! Hərkəs qanun qarşısında bərabər olmalıdır! Doğru olanda budur!

Təsadüfi deyil ki, sərt rejimin may ayında nisbətən yumuşaldılması vətəndaşların bir qismində təhlükənin artıq sovuşduğu təəssüratı yaratmış və onlar qaydaları pozmuşlar. Nəticədə sanitar-epidemioloji vəziyyət pisləşdi və hökumət əhalinin sağlamlığını qorumaq məqsədilə yenidən sərt rejim tətbiq etməyə məcbur oldu. Görülmüş tədbirlər nəticəsində yoluxanların sayı azaldı, sağalanların sayı isə artdı. Bütövlükdə xəstələrin sayı kəskin şəkildə aşağı düşdü. Bütün bunları nəzərə alaraq, Nazirlər Kabineti yanında Operativ Qərargah yenidən müvafiq tövsiyələrə ciddi riaəyət edilməsi şərti ilə qaydaların qismən yumuşaldılması haqqında qərar qəbul etdi.

Çox böyük zəhmət nəticəsində əldə edilmiş müsbət vəziyyətin daha da yaxşılaşdırılmasının ilkin şərti, kütləvi tədbirlərin keçirilməməsi, məsafədən idarəetmənin təşkili, sanitar qaydalara əməl etməkdir. Xüsusilə də insanların daha çox toplaşa biləcəyi beynəlxalq və yerli tədbirlərin, idman yarışlarının, dini mərasimlərin, toy və hüzr məclislərinin keçirilməsi qadağan edilmişdir”.

E.Səlimov qeyd edib ki, hər bir vətəndaşın, xüsusilədə deputatların, dövlət qulluqçularının vəzifəsi qaydalara nəinki riaəyət etmək, həm də şəxsi nümunə olmaqdır: “Təəssüf ki, son vaxtlar bir bir qrup insanlarda arxayınlıq hissi yaranmış və məsuliyyətsizlik göstərərək toy şənlikləri təşkil edilmişdir.

Azərbaycan hüquqi dövlətdir, ölkəmizdə qanunun aliliyi təmin edilib, heç kim qanundan üstün ola bilməz, hamı qanun qarşısında bərabərdir və öz hərəkətlərinə görə məsuliyyət daşıyır. Müvafiq hüququ-mühafizə orqanları bununla bağlı reydlər keçirir, qanunları pozanlara qarşı qanun çərçivəsində tədbirlər görür, izahat və maarifləndirmə işləri aparırlar. Amma bundan nəticə çıxarmayanlar, emosiyalara qapılaraq məsuliyyətsiz addımlar ataraq toy mərasimləri təşkil edənlər də var. Belə məclislərdə deputatların, yüksək vəzifəli şəxslərin iştirakı yol verilməzdir və bu cür hadisələr qətiyyən cavabsız qalmayacaq!”

Deputat bildirib ki, əhalinin sağlamlığının qorunması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ qərargahın tətbiq etdiyi rejimin tələblərini kobud surətdə pozduğuna görə Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini Siyavuş Novruzova töhmət elan edilib: “Məlumatda bildirilib ki, Yeni Azərbaycan Partiyası partiyanın bütün üzvlərini tətbiq edilən zəruri qaydalara əməl etməyə, əhalinin sağlamlığına təhlükə yaradan əməllərə yol verməməyə çağırır.

Son günlər sosial şəbəkələrdə Prezident Administrasiyasının keçmiş rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinə toy etməsi videosu geniş müzakirələrə səbəb oldu. İnsanlar haqlı olaraq ölkədə elan edilən xüsusi rejimin tələblərini pozaraq toy mərasimi düzənləyən şəxslərin cəzalandırılmasını tələb etdilər. Çünki hazırda məlum səbəbdən ölkədə bu gün yüzlərlə adam övladının toyunu təxirə salıb. Toysuz gəlin gətirən onlarla valideyn var.

Toy mərasimində iştirak edən şəxslər isə ən azı üzrxahlıq etmək əvəzinə, daha kəskin mövqe nümayiş etdirdi. Bu da onların daha çox haqlı qınağa tuş gəlməsinə səbəb oldu. Ən azı ona görə ki, "qanun mənə şamil edilə bilməz", yaxud "mən yoluxa bilmərəm" düşüncəsi eyni məntiqsizliyə söykənir və hər ikisi cahillikdir.

Maraqlıdır ki, qapalı məkanda təşkil olunan toy mərasimində iştirakçılardan heç kim tibbi maskadan istifadə etməyib. Halbuki Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva dəfələrlə qapalı məkanda təşkil olunan tədbirlərdə tibbi maskadan istifadə etməklə vətəndaşlara nümunə göstəriblər. Prezident hər dəfə hamının qanun qarşısında bərabər olduğunu deyir, xəbərdarlıq edir, heç kimin immuniteti olmadığını bildirir. Özü, ailə üzvləri şəxsi nümunə göstərir.

İctimai etirazların nəticəsi özünü çox gözlətmədi: akademik Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyev və onun qudası Rövşən Mustafayev məhkəmə qarşısına çıxarıldı və 15 sutka müddətinə inzibati həbs edildi. Bundan başqa, həmin toyda iştirak edən Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzova da partiya tərəfindən töhmət verildi. Toyda iştirakı barədə görüntülər yayılanlar cəzalandırıldı.

Daxili İşlər Nazirliyi toyla bağlı əlavə araşdırma aparıldığını bildirib. Maraqlıdı, bu toyda iştirak edən digər şəxslər kimlərdir? Abel Məhərrəmovun şəninə "tost" dediyi Ramiz Mehdiyev dövlətin qanunlarını pozmağın, cəmiyyətin bu qədər gərgin vaxtında "həmişəki güzəştlərlə" yaşamağın "dövlətçilik ənənələrinə" zidd olduğunu bilir axı.

“Tost” deməsi ilə bağlı verdiyi açıqlama da xalqımızda əsəb və qıcıq yaratdı. Bu hallar qətiyyən yolverilməzdir! Cənab Prezidentimizin mövqeyi hər bir halda bəllidir, qanundan heç kəs boyun qaçıra bilməz!”

Ramid İbrahimov

Paylaş »
››› Putindən Qarabağ cəbhəsində baş verənlərlə bağlı açıqlama
››› Türkiyədə erməni əsilli deputatdan hökumətə çağırış
››› Ekspert: “Strateji məntəqələrin azad edilməsi gündəmdədir - Murovdağ, Tərtər su anbarı...”
››› Hərbi vəziyyət rejimində tətbiq olunan məhdudiyyətlər
››› Bu gün həlak olanlardan ikisi yeniyetmədir - Adlar
Son xəbərlər
Bütün xəbərlər »