Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Senat Trampın rusiyalı tərəfdaşlarını insan alverində ittiham etdi

ABŞ senatorları ölkə prezidentinin rusiyalı biznes partnyorları barədə dosye hazırlayıblar.

Trampın dostları arasında milyarder Araz Ağalarovun da adı yer alıb. Forbes jurnalı hazırlanmış sənədin əsas müddəaları barədə məlumat dərc edib.

Senat nəzdində fəaliyyət göstərən xüsusi Kəşfiyyat Komitəsinin hesabatına görə, Donald Trampın Rusiyadakı potensial biznes layihələri üzrə tərəfdaşları arasında mütəşəkkil cinayətkarlıq, insan alverində əli olan şəxslər də var.Həmçinin sözügedən simaların Vladimir Putinlə də əlaqəsiu olduğu bildirilir.

Senat bildirib ki, belə müttəfiqlər dünyanın istənilən yerindəki biznesmeni , o cümlədən ABŞ prezidentini şantaj edə , istədiklərinə tabe etdirə bilərlər.

“Trump Organization” materialla bağlı Forbes jurnalının sorğusuna cavab verməyib.2016-cı ildə təşkilatın vəkili Alan Qarten xarici partnyorların biznesinə hüquqi qiymət verilməsi və xüsusilə araşdırılması, biznes partnyorlarının diqqətlə seçilməsi barədə danışmışdı.O bütün məlumatların beynəlxalq və yerli səviyyədə dəqiqləşdirildiyini söyləmişdi.

İlhamə

Paylaş »
››› Putin Qarabağ haqqında danışdı
››› Azərbaycanlılar Paşinyana nə yazır... - Foto
››› Türkiyə ilə Yunanıstan arasında növbəti gərginlik
››› Ekspert: "Jirinovskinin Azərbaycan prezidentini girov götürmək sayıqlamasına diqqət edilməlidir"
››› Azərbaycan Ordusu düşmənin canlı qüvvəsi və hərbi texnikasını məhv etdi - Video
Son xəbərlər
Bütün xəbərlər »