Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Regionlarda fermerləri maarifləndirən layihə həyata keçirilir

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə birgə təşkil etdiyi qrant müsabiqəsi çərçivəsində qalib olan “Spektr” Sosial-İqtisadi Araşdırmalar və İnkişaf İctimai Birliyi tərəfindən “Gəncə və Qazaxda fermerlərin yeni subsidiya qaydaları ilə bağlı maarifləndirilməsi” layihəsi həyata keçirilir.

Layihənin məqsədi fermerlərin 2020-ci ilin 1 yanvar tarixindən etibarən tətbiq edilən yeni subsidiya qaydaları və onlardan istifadə, eləcə də subsidiya ilə bağlı  üraciətlərinin “Subsidiya” informasiya sisteminə (SİS) daxil edilməsi qaydaları ilə bağlı maarifləndirilməsidir. Layihə çərçivəsində SİS-dən istifadə qaydaları, fermerlər tərəfindən müraciətlərin elektron qaydada SİS-ə daxil edilməsi, həmçinin bitkiçilik sahəsi üzrə subsidiyaların verilməsi, o cümlədən əkin, məhsul və toxum subsidiyalarının hesablanma qaydaları və müvafiq əmsallar, eləcə də heyvandarlıq sahəsi üzrə subsidiyaların verilməsi qaydaları ilə bağlı məlumat kitabçaları hazırlanaraq fermerlərə paylanılır. Eyni zamanda SİS-də qeydiyyatdan keçmək və subsidiya ilə bağlı müraciətlərin onlayn formada təqdim edilməsi ilə bağlı izahlı video təlimat da hazırlanaraq fermerlərin isifadəsinə verilmişdir.

Layihə barədə Bizimyol.info saytına (informasiya agentliyinə və s.) məlumat verən “Spektr” Sosial-İqtisadi Araşdırmalar və İnkişaf İctimai Birliyi idarə heyətinin sədri Ramil Abbasov bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə strateji hədəflərdən biri kimi məhz “maliyyəyə çıxışın asanlaşdırılması” müəyyən edilmiş və bu hədəfin reallaşdırılması istiqamətində bir sıra məqsədyönlü addımlar atılmışdır. O əlavə etdi ki, bu hədəfin reallaşdırılması istiqamətində həyata keçirilən tədbirləri sürətləndirmək, eləcə də kənd təsərrüfatı sahəsi üzrə maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsi, aqrar sığortanın inkişaf etdirilməsi və aqrar sahəyə investisiya qoyuluşlarının təşviqi məqsədilə Azərbaycan Respublikası Prezidenti “Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 11 aprel tarixli 2806 nömrəli Sərəncam imzalamışdır.

Sədr həmçinin qeyd etdi ki, kənd təsərrüfatı istehsal vasitələri bazarında rəqabətyönlü fəaliyyətin təmin edilməsi, texnikanın və damazlıq heyvanların lizinq vasitəsilə güzəştli satışı mexanizminin təkmilləşdirilməsi, özəl aqrotexniki xidmətlərin genişləndirilməsi, dövlət-özəl tərəfdaşlığı prinsipi tətbiq edilməklə güzəştlərə yönəldilən büdcə vəsaitindən səmərəli istifadə məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə qaydası” təsdiq edilmişdir.

Ramil Abbasov qeyd olunanlarla yanaşı, aqrar sahədə tətbiq edilən dəstək tədbirləri ilə bağlı yeni mexanizmin formalaşdırılması, bu sahədə hesabatlılığın, şəffaflığın və büdcə vəsaitlərindən səmərəli istifadənin təmin edilməsi, müraciətlərin sadələşdirilməsi və elektronlaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması qaydası”nın təsdiq edildiyini və cari ilin 1 yanvar tarixindən qüvvəyə mindiyini vurğuladı. O, bu mexanizmin effektiv tətbiqi üçün fermerlərə yeni qaydaların izahının və onların bu qaydalardan istifadə, o cümlədən subsidiya ilə bağlı müraciətlərinin “Subsidiya” İnformasiya Sisteminə (SİS) daxil edilməsi prosesi üzrə maarifləndirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini qeyd etdi.

Paylaş »
››› Arutunyanın Şuşa bəyanatı ermənilərin başına soyuq su tökdü
››› Makron yenə İslamın əleyhinə danışdı
››› Dinc əhalimizi atəşə tutan düşmən bölmələrinin başına od yağdı - Video
››› Bərdəni atəşə tutan "Smerç" reaktiv sistemi aşkarlandı və məhv edildi - Video
››› Əsir düşmüş erməni silahlılarından biri din xadimi çıxdı - Video
Son xəbərlər
Bütün xəbərlər »