Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Arvadını bıçaqlayan qısqanc ər tutulub

Avqustun 24-də Xaçmaz rayon sakini Yazbahar Ağayevanın bıçaqlanaraq xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bizimyol.info xəbər verir ki, Xaçmaz rayon prokurorluğundan verilən məlumata görə, dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin əri Cavid Ağayevin qısqanclıq zəmnində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirməklə Yazbahar Ağayevanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Cavid Ağayev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Paylaş »
››› MN: Ordumuz düşmənə qarşı yüksək dəqiqlikli silah tətbiq edir - Video
››› Baş Prokurorluq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrinə xəbərdarlıq etdi
››› Qubadlı rayonunun işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
››› İlham Əliyev: “Bunların dərdi-azarı Ermənistanı bu vəziyyətdən çıxarmaqdır”
››› Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
Son xəbərlər
Bütün xəbərlər »