Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-da afroamerikalının güllələnməsindən sonra məhkəmə binası dağıdılıb

ABŞ-ın Viskonsin ştatında polis əməkdaşları afroamerikalı Ceykob Bleykin kürəyinə bir neçə dəfə atəş açmasına görə bir qrup etirazçı Kenosha şəhərindəki məhkəmə binasına girib və bir neçə avtomobili yandırıblar.

APA xəbər verir ki, bu barədə yerli “Kenosha News” qəzeti məlumat yayıb.

“Bazar günü baş verən iğtişaşlar zamanı dəymiş ziyanla əlaqədar məhkəmə binası ziyarətçilər üçün bağlı olacaq”, - deyə qəzet yazıb.

Şerifin qərarı ilə şəhərdə səhər saat 07:00-dək komendant saatı tətbiq olunub. Qəzetin yazdığına görə, bələdiyyə xidmətləri məhdud rejimdə işləyir. Hadisənin araşdırılması ştatın ədliyyə departamentinin kriminal şöbəsinə həvalə edilib.

Qeyd edək ki, hadisə bazar günü 29 yaşlı C.Bleykin mübahisə edən iki qadını ayırmağa çalışdığı zaman baş verib. “ABC” telekanalı Bleykin rəfiqəsi Lakeşa Bukerə istinadən xəbər verir ki, Bleykdə silah olmayıb. Yaralı afroamerikalı Miluoki xəstəxanasına aparılıb, vəziyyətinin hazırda ağır olduğu bildirilir.

Paylaş »
››› “New York Times”: “Erməni əsgərlərin cəsədləri həftələrlə ortada qalır, iy verir”
››› Fransız jurnalist Tərtər sığınacaqlarından yazıb - Foto
››› Ermənistan silahlı qüvvələrinin Qubadlı istiqamətindəki bölmələri məhv edilib - Video
››› Rusiyanın Yaponiyadakı Olimpiadaya hücum planının üstü açıldı
››› Ermənistan Müdafiə Nazirliyi: Azərbaycan qüvvələri erməni qüvvələrini 12 dəfə üstələyib
Son xəbərlər
Bütün xəbərlər »