Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Sumqayıtda karantin qaydalarını pozan kompüter oyun zalı aşkarlanıb - Foto
Sumqayıtda karantin qaydalarını pozan kompüter oyun zalı aşkarlanıb - Foto

Sumqayıtda karantin qaydalarını pozan sahibkar və müştərilər cərimələnib.

APA-nın məlumatına görə, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları şəhər ərazisində xidmət aparan zaman 2-ci mikrorayon ərazisində karantin qaydalarının pozulduğu gizli fəaliyyət göstərən oyun zalı aşkar ediblər.

İçərisində 9 nəfər şəxsin “Play Station” zalında qapalı məkanda tibbi maskadan istifadə etmədən, eləcə də ara məsafəsini gözləmədən əyləşdikləri müəyyən olunub. Obyekti işlədən şəxsə və müştərilərə öz sağlamlıqlarını qorumaları üçün qaydalara riayət etmələrinin vacibliyi diqqətə çatdırılıb.

Sahibkar İbrahimov Niftalı Rahil oğlu məhkəmənin qərarı ilə 3000 manat, 9 müştərinin hər biri isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 200 manat cərimələniblər.

Paylaş »
››› Ehtiyatda olan hərbçilərin təlimə çağırılmasında məqsəd... - Aktual şərh
››› Ehtiyatda olan hərbi vəzifəlilərin təlim toplanışları başlayıb
››› Müharibə anonsları - Yunanıstan və Ermənistan eyni cəbhədə
››› Сəbhədə vəziyyətin gərginləşməsilə bağlı hərbi ekspertdən açıqlama
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »