Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Barselona” Messinin qiymətini açıqladı

Çempionlar Liqasında “Bavariya”ya rüsvayçı məğlubiyyət təkcə “Barselona” rəhbərliyini, azarkeşlərini, heyətini yox, ayrıca Lionel Messini də sarsıdıb.

Argentinalı futbol ulduzu Kataloniya klubundan getmək haqda düşünməyə başlayıb.

Bizimyol.info xəbər verir ki, “Barselona” rəhbərliyi Messinin qiymətini açıqlayıb. Onu heyətində görmək istəyən klub 700 milyon avrosundan keçməlidir. Hərçənd, “Barselona”nın prezidenti Jozep Bartomeu gələn ilin yayında müqavilə müddəti başa çatan Messinin getməyəcəyinə əmindir. Çünki argentinalı ilə xeyli reklam müqavilələri bağlanıb.

Avqustun 22-də “The Sun” yazmışdı ki, Messiyə PSJ, “İnter” və “Yuventus” iddia edir. Avropa mətbuatı futbol ulduzunun yeni baş məşqçi Ronald Kumanla ətraflı söhbət etdiyini yazır. Bildirildiyinə görə, Messinin öz gələcəyi ilə bağlı dəqiq təsəvvürü yoxdur.

Messi “Barselona”da 2003-cü ildən çıxış edir. Argentinalı Kataloniya klubunun heyətində meydana çıxdığı 785 oyunda 669 qol vurub.

Paylaş »
››› Arutunyanın Şuşa bəyanatı ermənilərin başına soyuq su tökdü
››› Əsir düşmüş erməni silahlılarından biri din xadimi çıxdı - Video
››› Bərdəni atəşə tutan "Smerç" reaktiv sistemi aşkarlandı və məhv edildi - Video
››› Paşinyanın NATO-ya şok məktubu: Qarabağı verək, əvəzində...
››› Ermənistanda daxili qarşıdurma başladı: “Onlar türklərin “Bayraktar”ından təhlükəlidir”
Son xəbərlər
Bütün xəbərlər »