Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putinlə Lukaşenko Belarusdakı vəziyyəti müzakirə etdilər

Rusiya Prezidenti Vladimir Putinlə belaruslu həmkarı Aleksandr Lukaşenko arasında telefon danışığı olub.

“Qafqazinfo” xəbər verir ki, dövlət başçıları prezident seçkilərindən sonra Belarusda yaranan vəziyyəti müzakirə ediblər. Lukaşenko ölkədə vəziyyətin normallaşması üçün görülən tədbirlər barədə məlumat verib.

Daha sonra ölkə başçıları koronavirusla mübarizə məsələsini müzakirə ediblər. Məlumata görə, Rusiya virus əleyhinə peyvəndi ilk olaraq Belarusa göndərəcəyini vəd edib. Bundan başqa, Belarus vətəndaşları vaksinin sınaqlarının üçüncü mərhələsində iştirak edəcəklər.

Xatırladaq ki, avqustun 9-da Belarusda prezident seçkilərindən sonra etirazlar başlayıb. Müxalifət nümayəndələri Lukaşenkonun 80,1 faiz səslə qalib gəldiyi seçkilərin nəticələrini tanımadıqlarını bəyan ediblər.

Paylaş »
››› Rusiyalı hərbi ekspert: Qarabağdakı Ermənistan ordusunun kapitulyasiyası və ya məhvi zaman məsələsidir
››› ABŞ hökuməti xəbərdarlıq edir! Ermənilər Bakıda terror aktları törədə bilər
››› Ermənistanın "tragikomik" yalanları: Türkiyə sənətçilərini Qarabağda "öldürürlər"
››› Araik Arutyunyan Paşinyana məktub yazıb İlham Əliyevlə danışıqlara çağırır
››› “Azərbaycandan çox geri qalmışıq”
Son xəbərlər
Bütün xəbərlər »