Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hadı Rəcəbli nəvəsinin toyu barədə: “Sea Breeze” restoranında açıq havada yemək yeyiblər

Ramiz Mehdiyevin nəvəsinin gündəmə bomba kimi düşən toy xəbərindən sonra sabiq deputat Hadı Rəcəblinin də nəvəsinə toy keçirməsi məsələsi gündəmə gəldi.

“Hadı Rəcəblinin də adı çəkilir. Əgər toy edibsə, o da cəzalandırılmalıdır. O vaxtilə özünün imza atdığı qanunlara əməl etmirsə, cəzalanmalıdır.Qanun hamı üçün qanundur və onun aliliyi qorunmalıdır".

Fəzail Ağamalı Fəzail Ağamalı

Bu fikirləri Bizimyol.info-ya Fəzail Ağamalı səsləndirib.

Hadı Rəcəbli isə məlum söz-söhbətlər barədə bildirib ki, nəvəsinə geniş toy məclisi etməyib, 10 nəfər iştirak edib. Gənclər sadə bir nikahdan sonra “Sea Breeze” restoranında açıq havada yemək yeyiblər. Çoxdankı fotonu yayıb adını qoyublar ki, nəvəmin toyundayam. Orada heç bir dost-tanışım olmayıb. Bilmədən yazıb iftira atmayın”.

Xatırladaq ki, Ramiz Mehdiyevin nəvəsindən şadlıq mərasimindən videogörüntülər yayılan gün həmçinin Hadı Rəcəblinin də nəvəsinin toy mrasimi olduğu deyilən görüntülər yayılıb. Bir sıra şəxslərin öz statusuna və şəxsi əlaqələrinə arxayın olaraq qaydaları pozması kəskin ictimai qınağa tuş gəlib.

Ramiz Mehdiyevin nəvəsinin toyu Siyavuş Novruzv (solda arxa planda), Səbinə Əliyeva (ortada), İlham Əliyev (toy sahibi, sağda)

Ramiz Mehdiyevin nəvəsinin şadlıq mərasiminin təşkilatçıları və iştirakçıları inzibati qaydada məsuliyyətə cəlb ediliblər. Mərasimdə qonaq qismində iştirak etmiş deputat Siyavuş Novruzov və Ombudsman postunu tutan həyat yoldaşı Səbinə Əliyeva da cərimələniblər. Deputat isə hakim Yeni Azərbaycan Partiyasında tutduğu vəzifədən istefa verib. Onun həmçinin deputat statusundan məhrum olunacağı ilə bağlı fikirlər səsləndirilib.

Paylaş »
››› Ordumuz Bərdəni atəşə tutan dəstələrin başına od yağdırdı - Video
››› ABŞ prezidentliyinə namizəd Baydendən Azərbaycana qarşı davakar açıqlama
››› Ərdoğandan qorxan Makron Rusiyanın ətəyindən yapışdı
››› Ermənilər indi də Krasnodar Erməni Respublikası qurmağa başlayıblar
››› Ermənilər Qarabağa görə ABŞ-da yolu bağladı, sürücü düşüb 3 nəfəri bıçaqladı
Son xəbərlər
Bütün xəbərlər »