Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Regionda vəziyyəti gərginləşdirmək üçün Ermənistan müxtəlif bəhanələrə əl atmağa çalışır”

Xəbər verdiyimiz kimi, avqustun 23-də saat 05:45 radələrində cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərib.

Nəticədə Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən itki verərək geri çəkilməyə məcbur edilib. Döyüş zamanı erməni diversiya qrupunun komandiri, ilkin dindirməyə görə baş leytenant Qurgin Alberyan əsir götürülüb.

Ehtiyatda olan polkovnik-leytenant, Hərbi ekspert Üzeyir Cəfərov Bizimyol.info-ya açıqlamasında Ermənistan silahlı qüvvələri diversiya-kəşfiyyat qrupunun komandiri əsir götürülməsi ilə bağlı məsələyə münasibət bildirərkən vurğulayıb edib ki, bu növbəti diversiya, sabotaj və terror cəhdidir, cari ilin iyulunda Azərbaycan-Ermənisan dövlət sərhəddinin Tovuz rayonu istiqamətində Ermənistanın həyata keçirdiyi təxribatın davamıdır.

Ü.Cəfərov qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələri ayıq-sayıqlığını, peşəkarlığını növbəti dəfə nümayiş etdirərək diversiya cəhdinin qarşısını aldı və qrupun komandiri əsir götürüldü: “Erməni mediası Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyana istinadən yazıb ki, guya Ermənistan Silahlı Qüvvələrinin təxribat və kəşfiyyat qrupunun komandiri, baş-leytenant Qurgin Alberyan dayaq məntəqəsini yoxlamaq üçün

əlverişsiz hava şəraiti səbəbindən itkin düşüb və itib.

Bu açıqlama da Azərbaycan Müdafiə Nazirliyinin Qurgin Alberyanla bağlı açıqlamasından sonra oldu. Erməni tərəfi zabitin Azərbaycan tərəfində olduğunu bildirdi, amma zabitin yolu azaraq keçdiyinı dedilər. “Yolu azıb keçmək” nağılını biz çoxdan eşitmişik. Ermənilər hər dəfə belə fikirlər səsləndirirlər.

Həmin zabit Azərbaycanın Müdafiə Nazirliyinin müvafiq strukturları tərəfindən dindirilir. Qurgin Alberyan əməlləri subuta yetirilsə, ona qarşı cinayət işi açılacaq. Və onunla bağlı qərarı hərbi məhkəmə verəcək. Onun dəyişdirilməsi və digər məsələlərə isə bu qərardan sonra baxıla bilər. Əgər onun diversiya əməlləri sübuta yetirilməsə, beynəlxalq qurumlar fəaliyyətə başlayacaq”.

Hərbi ekspert bildirib ki, Tovuz hadisələrindən sonra Ermənistanın belə addımlar atması erməni tərəfinin növbəti ağılsızlığıdır: “Onsuz da onlar bilirlər ki Azərbaycan Müdafiə Nazirliyi, o cümlədən Dövlət Sərhəd Xidməti Tovuz istiqamətində vəziyyətə tam nəzarət edir. Odur ki erməni tərəfi başqa istiqamətdə, 2016-cı ildə uğursuzluğa dücar olduğu Goranboy istiqamətində diversiya cəhdini həyata keçirməyə çalışıb. Azərbaycan əsgərləri də erməni zabiti sağ-salamat əsir götürüblər.

Ermənilər bundan əvvəl də Naxçıvan və cəbhənin digər istiqamətlərində belə hərəkətlərə cəhd etmişdilər. Amma Azərbaycan əsgərləri hər dəfə ermənilərin təxribatının qarşısını alıb.

Regionda vəziyyəti gərginləşdirmək üçün indi Ermənistan müxtəlif bəhanələrə əl atmağa çalışır. Amma Azərbaycan əsgəri hər zaman olduğu kimi 24 saat ermənilərin hərəkət trayektoriyasını izləyir.

Ermənistan ordusunda vəziyyət ürəkaçan deyil. Müvafiq qurumlar yəqin ki son vəziyyəti bu zabitdən əldə edəcəklər. Biz bir daha Ermənistan ordusunda peşəkarlığın aşağı səviyyədə olmasını, erməni ordusunda olan acınacaqlı vəziyyətlə bağlı əlavə məlumatları əldə etmək üçün yəqin ki imkanımız olacaq”.

Ramid İbrahimov

Paylaş »
››› Gəncənin keçmiş icra başçısının nümayəndəsi: “Elmar Vəliyev heç nə bilmir, heç özünü tanımır...”
››› Ermənilər Paşinyanı sosial şəbəkə səhifəsində “yıxıb-sürüyür”
››› Qarabağda qızıldan milyardlar qazanan Rusiya şirkəti təşvişə düşüb
››› Rusiyanın Qarabağ münaqişəsinə müdaxilə etməyə heç bir əsası yoxdur...
››› Ərdoğanın maaşı nə qədər olacaq...
Son xəbərlər
Bütün xəbərlər »