Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əcnəbilər müddətin uzadılması üçün “ASAN Xidmət”ə müraciət etməlidir

Dövlət Miqrasiya Xidməti (DMX) ölkəmizdə olan və yaşayan əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə və Azərbaycan Respublikası vətəndaşlarına növbəti dəfə müraciət edib.

Bizimyol.info xəbər verir ki, DMX-dən verilən məlumata görə, “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında dəyişikliyə müvafiq olaraq, 2020-ci il avqustun 24-dən etibarən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması, Azərbaycanda yaşayan şəxslərdən Azərbaycan Respublikası vətəndaşlığına qəbul, bərpa və vətəndaşlığından çıxma, Dövlət Miqrasiya Xidmətinin Vahid Miqrasiya Məlumat Sistemindən Xidmətin fəaliyyət istiqamətləri üzrə arayışların verilməsi ilə bağlı müraciətlərin qəbulu bütün “ASAN xidmət” mərkəzlərində həyata keçiriləcək.

“ASAN xidmət” mərkəzləri olmayan şəhər və rayonlarda qeyd olunan məsələlərlə əlaqədar müraciətlər regional miqrasiya idarələrində (Xaçmaz, Yevlax, Ağsu, Lənkəran, Şirvan regional miqrasiya idarələrində) qəbul ediləcək.

Paylaş »
››› İlham Əliyev: “Bunların dərdi-azarı Ermənistanı bu vəziyyətdən çıxarmaqdır”
››› Qubadlı rayonunun işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
››› Hikmət Hacıyev: "Növbəti dəfə humanitar atəşkəsin pozulmasına görə məsuliyyət Ermənistanın üzərinə düşür"
››› Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
››› Düşmənin atəş nöqtələri, komanda idarəetmə məntəqəsi məhv edilib - Video
Son xəbərlər
Bütün xəbərlər »