Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Aleksandr Jilin: “2018-ci ildən sonra Ermənistan suverenliyinin bir hissəsini itirdi”
Aleksandr Julin

Ermənistan silahlı qüvvələri Azərbaycanla sərhəddə təxribatları davam etdirir. Azərbaycanın Tovuz rayonunun Ağdam kəndi yenidən atəşə tutulub. Media.Az Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun sözlərinə istinadla Azərbaycan boru kəmərlərindən 15 kilometr məsafədə keçid məntəqəsini bərpa etməyə çalışan erməni tərəfinin hərəkətlərinin səbəb olduğu eskalasiyanın məhz burada, iyulda baş verdiyini bildirib.

Hərbi müşahidəçi, Rusiya Milli Təhlükəsizlik İctimai Tətbiqi Problemlərinin Tədqiqi Mərkəzinin rəhbəri Aleksandr Jilin Media.Az-a müsahibəsində qeyd edib ki, müasir silahların xüsusiyyətlərini nəzərə alsaq, 15 kilometr məsafə ümumiyyətlə heç bir fundamental əhəmiyyət kəsb etmir:

- Ancaq burada vacib məqam başqadır. Ermənistanla Azərbaycan arasındakı “konservasiya edilmiş” münaqişə digər qüvvələrin maraqlarına xidmət edir, mən anqlo-saksları nəzərdə tuturam. Onlar imkanlarından istifadə edərək istənilən vaxt gərginlik yarada bilərlər. Belə ocaqlar vaxtaşırı Rusiya Federasiyasının sərhədləri boyunca yaradılır.

Hesab edirəm ki, son eskalasiya planlaşdırılmış ssenariyə uyğun inkişaf etsəydi, KTMT protokolu qüvvəyə minərdi. Rusiya isə sırf formal olaraq, İrəvanın tərəfində müdaxilə edə bilərdi. Bu isə fəlakətdir. Buna görə də Moskva münaqişəni həll etmək üçün əlindən gələni etdi.

Ermənistan və Azərbaycan müdriklik göstərməli, Qərbin alətinə çevrilməməlidirlər. Əlbəttə ki, Qarabağ münaqişəsi həll edilməlidir, lakin qurbanlarla atəş açmaqla deyil, çünki tökülən qan bütün razılaşmaları ləğv edir.

- Ermənistanın Baş naziri Nikol Paşinyan “məxməri inqilab” sayəsində hakimiyyətə gəldi. O, qərbyönümlü liderdir, onun əhatəsində Qərb, o cümlədən Soros Fondu tərəfindən maliyyələşdirilən bir çox qeyri-kommersiya təşkilatlarının nümayəndələri var. ABŞ-ın Ermənistandakı səfirliyi dünyada ən böyüklərdən biri hesab edilir. Azərbaycanda vəziyyət fərqlidir...

- Şəxsi fikrimi deyirəm, mən Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi deyiləm. İrəvandakı hakimiyyət dəyişikliyi bu ölkədəki amerikalıların mövqeyinin güclənməsi ilə əlaqəlidir. Mənim üçün bu, aydındır. Ermənistanın yeni rəhbərliyi sözsüz ABŞ-a və ümumilikdə Qərbə arxalanır. Mən bunu Ermənistanın dəhşətli strateji səhvi hesab edirəm. Minlərlə kilometr məsafədə olan bir ölkənin (ABŞ - red.) maraqlarına xidmət etmək, Rusiya ilə münasibətləri pisləşdirmək, ən azı ağılsızlıq və yolverilməz hərəkətdir.

2018-ci ildən sonra Ermənistanın suverenliyinin bir hissəsini itirməsi faktı da göz qabağındadır. Bəli, ölkəni heç kim işğal etməyib, amma təkrar edirəm, İrəvan suverenliyinin bir hissəsini itirməklə öz prioritetlərini dəyişib. Və Ermənistan bunun nə ilə bitəcəyini düşünməlidir.

Azərbaycanın özünün strateji müttəfiqi var - Türkiyə. Lakin Bakı ilə Ankara arasında münasibətlər suverenliyin itirilməsi hesabına qurulmur. Qərb heç vaxt tərəfdaşlıq qurmur, oradakı hər şey məqsədəuyğunluqla izah olunur. Onların dost kimi dəvət etdikləri şəxs vassal olmalıdır.

- “Conciliation Resources” təşkilatının Qafqaz Araşdırmaları Proqramının direktoru Lourens Brurs bir müddət əvvəl məqaləsində Qarabağ münaqişəsinin daha çox mediaya yönəldiyini, “ermənilərə, azərbaycanlılara və dünyadakı digər insanlara sosial şəbəkələrdə real vaxtda yerli tədbirlərdə iştirak etməyə imkan verdiyini” qeyd edib. Buna səbəb məhz iyul döyüşləri oldu. Belə çıxır ki, nə qədər çox xəbər, qurbanlar olsa, dünya birliyi daha fəal müşahidə edəcək və reaksiya verəcək? Axı söhbət insanların həyatından gedir...

- Əlbəttə, medianın diqqəti insanların ölümünə dəyməz. Ancaq biz Qərbin iqtisadi maraqlarının əsaslandığı müharibələr dünyasında yaşayırıq. Artıq hibrid tipli üçüncü dünya müharibəsi gedir. Yarım ildən sonra Avropada və digər ölkələrdə nə olacağına baxın (ümid edirəm müsahibəmi xatırlayarsınız). Bütün bunlar genişlənmiş kapital istehsalının sənaye cəmiyyətindən rəqəmsal cəmiyyətə keçid dövrünün təzahürüdür.

Ermənistanla Azərbaycan arasındakı qarşıdurmaya gəldikdə, bunun daim həll edilməmiş bir mərhələdə davam etdirildiyi göz qabağındadır. Bu, Rusiya, Azərbaycan və Ermənistana lazım deyil.

Paylaş »
››› Azərbaycanla Türkiyənin böyük planı
››› Suriyadakı erməni batalyonu da Qarabağa göndərildi
››› Lavrov planı: Türkiyənin burada bircə güllə atması Rusiyanı nüfuzdan salacaq
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Müharibə şəraitində olan dövlətdə hərbi hazırlıq dərsləri yarıtmaz vəziyyətdədir
Son xəbərlər
Bütün xəbərlər »