Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tədris mərkəzindən oğurluq edilib

Paytaxtın Binəqədi və Yasamal rayonlarında oğurluqla məşğul olan şəxslər tutulublar.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, avqustun 22-də Binəqədi rayonu ərazisindəki tədris mərkəzlərinin birindən 1500 manat dəyərində iki kompüter, iki monitor, iki müşahidə kamerası oğurlamaqda və bir mağazadan oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakini T.Əliyev Binəqədi Rayon Polis İdarəsinin 43-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsi əməkdaşları isə avqustun 22-də rayon ərazisində “Toyota” markalı avtomobildən 2500 manat dəyərində qaz sayğacı, su mühərriki və sənəd oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini T.Həmidovu yaxalayıblar.

Hər iki faktla bağlı araşdırma aparılır.

Paylaş »
››› İran qəzeti satışa Makronun əcaib karikaturası ilə çıxdı - Foto
››› Tramp Qarabağ haqda danışdı: “Gözləntilərim doğrulmadı”
››› İslam ölkələri Ərdoğanın fransız mallarını boykot çağırışına qoşulur
››› İş adamından "Mersedes" hədiyyə alan əsgərdən açıqlama: Bayrağı Xocalıda asacağam
››› Ərdoğanla Putin Qarabağı müzakirə etdilər
Son xəbərlər
Bütün xəbərlər »