Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fəzail Ağamalı: Cəmiyyətimiz belə parazitlərdən təmizlənməliydi

Ana Vətən Partiyasının sədri, Fəzail Ağamalı Ramiz Mehdiyevin nəvəsinin rezonans doğurmuş toyu və bu toydan sonra baş verən qalmaqallar barədə danışıb.

“Məlum videoda ombudsmanımız Səbinə xanım kifayət qədər naraht görünür. Ramiz Mehdiyev görünür bu dəvətlə Siyavuş Novruzovu və ombudsmanı tələyə salıb.Ramiz Mehdiyev işdən çıxarlan hər kəsi ətrafında toplayırdı, ekslərlə münasibətlər qurub, dirəniş göstəriridi. Daha hansısa məkrli planlara hazırlaşırdı. Bəlkə onların pulu vasitəsilə ölkədə dövlət çevrilişi edəcəkdi. Adama deyərlər sənin təkidli xahişinlə, dövlət başçısı səni layiq olmadığın AMEA prezidenti vəzifəsinə qoydu. Yenidən vəzifəyə qoyuldun,elmi qaldır.Ölkə prezidenti toponimlərlə bağlı təklif etdi, AMEA heç bir reaksiya vermədi. O sadəcə öz gücünü göstərməyə çalışdı. Abel Məhərrəmov toydakı o məlum çıxışıyla özünü ayaqlar altına atdı, kiçildi. Mehdiyevin qarşısında müticəsinə alçala- alçala çıxış etdi. Etiraf etdi ki, o “peşkadır” heç kimdir. Sən heç kimsənsə sən xalqın adından necə danışa bilərsən?

Sən kölə psixologiyasında olan bir insansan. Abel Məhərrəmov özü-özünü nümayiş etdirdi, ona görə mən bunu deməliyəm. O gün keçirilən məhkəmədə Mehdiyevin kürəkəni görün nə dedi: “Bu klipi, şounu harda göstərəcəksiz?” İlham çox təkəbbürlü iddialı insandır zamanında ağır cinayətlərə yol verib, çox insanların haqqını tapdayyıb. Admnistrasiyada olanda o özünü hamıdan yüksək tuturdu. Onun olduğu bütün yas mərasimlərdə məmurlar, mollalar ayağa qalxırdı.Bu adamın qolu qandallı məhkəməyə gətirilməsi və məhkəmədən canlı yayım verilməsi başqalarına görk olsun deyə edildi.Bu dövlətin onlara və onlar kimi olanlara münasibətinin göstəricisiydi. Bunların yeri Azərbaycan cəmiyyəti yox, həbsxanadır. Cəmiyyətimiz bu parazitlərdən təmizlənməlidir.

İlhamə

Paylaş »
››› İlham Əliyev: “Bunların dərdi-azarı Ermənistanı bu vəziyyətdən çıxarmaqdır”
››› Hikmət Hacıyev: "Növbəti dəfə humanitar atəşkəsin pozulmasına görə məsuliyyət Ermənistanın üzərinə düşür"
››› Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
››› Düşmənin atəş nöqtələri, komanda idarəetmə məntəqəsi məhv edilib - Video
››› Ali Baş Komandan: “Azərbaycanın qarşısında heç kim dura bilməz”
Son xəbərlər
Bütün xəbərlər »