Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
İnsanın piyləri nəfəslə bədəndən çıxırmış

Son illərin arıqlama trendi ilə bütün fikrini-zikrini yağlarını əritməyə həsr edənləri yəqin bu sual düşündürməmiş deyil- Əriyən yağlar, piylər bədəndən necə xaric olur?

Britaniyalı araşdırmaçılar yanmış piylərin sonrakı taleyini öyrənməyə çalışıblar. Təbii ki, bütün peşəkar dietoloq və məşqçilər geniş yayılmış mifik versiyalarla eyni cavabı veriblər.

Piylər əzələyə, enerjiyə çevrilir, piylər bağırsaqlar və tər vasitəsilə orqanizmdən xaric olur. Yalnız ekspertlərin üçdə biri fərqli və qeyri -adi cavab verib. Biz yanmış piylərimizi hava yolu ilə bədənimizdən xaric edirik.

Bioloqlar bu hadisəni belə izah edirlər. İstənilən istifadə olunmamış kalori 3 atomdan- oksigen, hidrogen və karbondan ibarət triqliseridlərə çevrilirlər. İnsan arıqlayarkən triqliserid tərkib hissələrinə ayrılıq və nəfəs prosseslərində iştirak edir. Bu zaman çoxlu həcmdə oksigən istifadə olunur, insan nəfəsilə karbon qazı və su ayrılır.

Yanmış piyin 84 faizi karbon dioksid ‎(CO2) qazı olaraq ağciyərlərdən xaric olur. Qalan 16% suya çevrilir. Kimya nöqteyi- nəzərindən bu formul yeni deyil. Sadəcə bu hesablamanı insan orqanizmində tətbiq etməyiblər.

“Ağciyərlər kilo vermə prosesində əsas orqanizm hesab oluna bilər. Nə yeyiriksə, qan dövranına daxil olur, nəfəs alıb verməyincə ordan heç nə heç yerə getmir”,- deyə Yeni Uels Universitetinin professoru Ruben Meerman bildirib.

Bu o deməkdir ki, arıqlamaq üçün dərin nəfəs alıb vermək lazımdır? Bir az hə. Məsələn insan yuxudaykən 200 qram karbon dioksid xaric edir.

Lakin açıq havada gəzinti, fiziki aktivlik daha yaxşı təsir edərdi. Məsələn 70 kq çəkisi olan insan sakit halda hər nəfəs alıb verərkən 8,9 mq karbon qazı itirir. Lakin siz çarpayıdan qalxanda, sadəcə paltarınızı geyinəndə bu həcm iki dəfə artır.Təsəvvür edin ki, idman edərkən, parkda yüyürərkən bu hansı səviyyədə çoxalır.

İlhamə

Paylaş »
››› “Son anda Kəlbəcər və Laçının qaytarılmasından imtina etdilər” - İlham Əliyev
››› Paşinyan bir cümlə ilə Türkiyəyə qarşı bütün gizli planların üstünü açdı
››› Cəbhədə son vəziyyət: Ermənilərin itkilər verən “Legion” dəstəsi döyüşməkdən imtina edib
››› Düşməndən əldə olunan hərbi qənimətlərin növbəti görüntüsü - Video
››› Ukrayna İrana təzminat ödətdirir
Son xəbərlər
Bütün xəbərlər »