Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Dünənə kimi Ramiz Mehdiyevə “atam” deyirdin…" - Deputatın ünvanına ittiham

"Mehdiyevin qurduğu böyük miqyaslı oyun ssenarisindəki bütün üzvlər, iştirakçılar, dəstəkçilər aşkara çıxarılmalı, nəzarətə götürülməlidir”.

Bu sözləri özünün sosial şəbəkə hesabında tanınmış araşdırmaçı jurnalist Cavanşir Həsənli yazıb.

Elşən Musayev Elşən Musayev

O, bir vaxtların alovlu "Ramiz Mehdiyevçi"si olmuş deputat Elşən Musayev barədə yazıb:

"Yetər artıq. Bu qədəri bəsdir. İfşa olunmalıdır Ramiz Mehdiyev. Getməlidir işdən və vəzifədən. Getməlidir, siyasi arenadan. Getməlidir, bu millətin və dövlətin həyatından. Getməlidir, vəssalam".

Bilirsiniz, bunu kim deyib? Deputat Elşən Musayev. Dünənə kimi Mehdiyevə az qala "atam-atam" deyirdi.

Cavanşir Həsənli bunun sübutu olaraq deputat Elşən Musayevin vaxtilə Ramiz Mehdiyev haqda söylədiyi fikirlərdən də sitatlar gətirib:

"Ramiz Mehdiyev hər yoldan keçənə cavab verəcəksə, o zaman biz kimik? Nə deyib ortada gəzirik?"

Yaxud: "Ramiz Mehdiyev elə bir şəxsiyyətdir ki, onun söylədiyi hər fikir mükəmməlliyin belə ötəsində durur və bu dəyərli insanın mövqeyi, cəsarəti, kişiliyi məncə çoxları üçün örnək olmalıdır".

Abrınız, həyanız olsun!”. (sfera.az)

Paylaş »
››› Ordumuz Bərdəni atəşə tutan dəstələrin başına od yağdırdı - Video
››› ABŞ prezidentliyinə namizəd Baydendən Azərbaycana qarşı davakar açıqlama
››› Ərdoğandan qorxan Makron Rusiyanın ətəyindən yapışdı
››› Ermənilər indi də Krasnodar Erməni Respublikası qurmağa başlayıblar
››› Kadırovdan Makrona jest: Məhəmməd adı qoyulan uşaqlara görə pul paylayacaq
Son xəbərlər
Bütün xəbərlər »