Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bahar Muradova: Heç bir toy və yas məclisində iştirak etməmişəm

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin kürəkəni, sabiq millət vəkili İlham Əliyev qızına karantin qaydalarını pozaraq toy mərasimi keçirdiyinə görə, Abşeron Rayon Məhkəməsində o və qudası Rövşən Mustafayev 15 sutka müddətinə inzibati qaydada həbs olunub.

Bundan əlavə, toyda iştirak edən daha 17 nəfər xüsusi karantin qaydalarını pozduqlarına görə cərimələniblər.Bu 17 nəfər arasında

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın da adı hallanır. Bizimyol.info olaraq bahar Muradovanın həmin məclisdə iştirak edib-etməməsini dəqiqləşdirməyə çalışdıq.

Bahar Muradova hər zamankı təmkinini pozmayaraq bəyan etdi ki, yayılan məlumatlar yalandır və o yalanların həqiqət olmadığını sübut etmək üçün çalışmır. Üstəlik son aylar 2 qohumu vəfat etdiyi üçün heç bir kütləvi tədbir və toy- nişan mərasimində iştirak etməyib.

“ Pandemiya başlayandan bu günədək heç bir kütləvi tədbirdə, o cümlədən toy, nişan və yas mərasimində iştirak etməmişəm. Baxmayaraq ki, son iki ayda doğmalarımdan iki əziz insanı itirmişəm. Bu barədə nə məlumatın yayılmasına, nə də ki, yas mərasımlərinin keçirilməsinə imkan verməmişəm. Tədbirli adamlar heç vaxt yalanları isbatlamağa çalışmaz .Çünki söylənilənlərin həqiqət olmadığını hər kəsdən daha yaxşı o bilir”,- deyə o qeyd edib.

İlhamə

Paylaş »
››› Erməni mayor: “Uşaqlarımızı Azərbaycan ərazisində döyüşməyə buraxmayın” - Video
››› Ermənilərdən Putinə daha bir yalvarış məktubu
››› Milli Qəhrəmanımız doğulduğu torpaqlar uğrunda döyüşlərdə həlak olub
››› Cəbrayılın işğaldan azad edilən Minbaşılı kəndinin görüntüləri - Video
››› Tonoyan Laçının müdafiəsinə şəxsən rəhbərlik etmək üçün Qarabağa gəlib
Son xəbərlər
Bütün xəbərlər »