Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan pandemiya şəraitində 1 milyardlıq nüvə reaktorunu nə üçün alıb...

“Azərbaycan 1 milyard dollarlıq nüvə reaktorları, yarım milyard dollarlıq səsyazma və səsləndirmə aparaturası alıb”.

Bu məlumatı iqtisadçı ekspert Qubad İbadoğlu paylaşıb.

Qubad İbadoğlu Qubad İbadoğlu

Dövlət Gömrük Komitəsinin hesabatına əsaslanan məlumata görə ölkəmiz 2020-ci ilin ilk 7 ayı ərzində Azərbaycana 908 milyon 478 min dollardan çox dəyəri olan nüvə reaktorları, qazanlar, avadanlıq və mexaniki qurğular; onların hissələri gətirilib.

Təxminən bu məqsədə hər ay 130 milyon dollar vəsait xərclənib.

“Bildiyim qədər Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində "Milli Nüvə Tədqiqatları Mərkəzi" QSC yaradılıb və "Rusatom” ilə əməkdaşlıq edir. Gətirilən avadanlıqlar da Qobuda Tədqiqat nüvə reaktorunun inşası üçündür. Maraqlıdır, pandemiya dövründə aztəminatlı əhalisinə 190 manat verməyə xəsislik edən hakimiyyət səxavətlə 1 milyard dollarlıq idxal əməliyyatını nəyin hesabına maliyyələşdirir?

Gömrük statistikasında diqqəti cəlb edən başqa bir əməliyyat bu ilin ilk 7 ayında elektrik maşınları və avadanlıqları, onların hissələri; səsyazma və səsləndirmə aparaturası, televiziya təsvirlərinin və səslərinin yazılması və canlandırılması üçün aparatura, onların hissələri və ləvazimatları üçün 507 milyon 365 min dollardan çox vəsaitin xərclənməsidir”,- deyə professor qeyd edib.

Paylaş »
››› Arutunyanın Şuşa bəyanatı ermənilərin başına soyuq su tökdü
››› Makron yenə İslamın əleyhinə danışdı
››› Dinc əhalimizi atəşə tutan düşmən bölmələrinin başına od yağdı - Video
››› Bərdəni atəşə tutan "Smerç" reaktiv sistemi aşkarlandı və məhv edildi - Video
››› Əsir düşmüş erməni silahlılarından biri din xadimi çıxdı - Video
Son xəbərlər
Bütün xəbərlər »