Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Dövlətimiz insanların hüquq bərabərliyinin təmin olunması sahəsində əməli addımlar atır” - Deputat

“Hər bir hüquqi dövlətdə hər kəs qanun qarşısında bərabərdir. Dövlətimiz də demokratik, hüquqi dövlətdir. Ölkəmiz qanunlarla və konstitusiya ilə idarə olunur. Hansı mövqedə olmasından asılı olmayaraq, hər bir vətəndaşın hüquq və azadlıqları təmin edilir və qanunlarla qorunur”.

Bunu Bizimyol.info-ya açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.

Deputat qeyd etdi ki vətəndaş cəmiyyətinin təməl prinsiplərindən biri də hamının qanun və ədalət qarşısında bərabərliyidir: “Hansı ki, bu, Azərbaycan Respublikasının Konstitusiyasında da öz əksini tapıb. Ali qanunumuzun “Bərabərlik hüququ” adlanan 25-ci maddəsində göstərilir ki, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Heç kəs qanunlara zərər vura bilməz, güzəştlər və ya imtiyazlar verə bilməz.

Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir”.

M.Cəfərov bildirib ki, bərabərlik hüququ vətəndaş cəmiyyəti mövcud olan, hüquqi dövlət qurulan bütün ölkələrdə mahiyyətcə eyni mənaya malikdir: “O insanların hansısa bir cəhətinə görə fərqləndirilməsini qəbul etmir, insanları hər hansı xüsusiyyətlərinə baxmayaraq bərabərləşdirir. Hüquq bərabərliyinin insan hüquqlarının ali prinsipinə çevrilməsi obyektiv zərurətdən irəli gəlir. Bu prinsiplərə əməl olunmaması isə hər zaman hüquq və azadlıqların pozulması üçün səbəb olur. Ayrı-seçkiliyin bütün formaları insan hüquqlarının pozulması deməkdir.

Hüquq bərabərliyi eyni zamanda, konstitusionalizmin təməl prinsiplərindən və demokratiyanın ayrılmaz elementlərindən biri kimi tanınır”.

Deputat vurğulayıb ki dövlətimiz insanların hüquq bərabərliyinin təmin olunması sahəsində əməli addımlar atır, bu gündə bunun sübutu oldu: “Belə çətin və həssas məqamda imtiyaz sahibləri öz əməlləri ilə xalqın yanında olduğunu hiss etdirməlidirlər, insanlarda qanunların aliliyinə şübhə yaratmamalıdırlar. Bütün ictimai xadimlər, vəzifəli şəxslər dövlətə və xalqa dəstək olmalıdırlar. Özümüzü xalqdan ayrı salan əməllərə yol verməməliyik. Hər birimiz bu ölkənin vətəndaşıyıq və qanunlar qarşısında bərabərik”.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »