Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda 40 yaşlı kişi bıçaqlanıb

Göygöl şəhərində yerli sakin qarın nahiyəsindən bıçaq xəsarəti alıb.

"Report"un məlumatına görə, Göygöl şəhər ərazisində 40 yaşlı Natiq Niftəliyev qarın nahiyəsindən bıçaq xəsarəti alıb. O, öncə Göygöl rayon Mərkəzi Xəstəxanasına aparılıb. Daha sonra Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilib. Hadisənin baş verdiyi şərait hələ ki məlum deyil.

Faktla bağlı araşdırmalara başlanıb.

Son xəbərlər
Bütün xəbərlər »