Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ramiz Mehdiyevin nəvəsinin toyunda yüksək vəzifəli generallar da iştirak edib

Ramiz Mehdiyevin nəvəsinin şadlıq məclisində adları mediada yayılan tanınmışlardan əlavə, başqa vəzifəli şəxslər də olub.

Bizimyol.info-nun əldə etdiyi məlumata görə, mərasimdə generallar da iştirak edib. Məclisin qonaqları olmuş generalların sırasında Telman Mehdiyev və Rəfael Mehdiyevin adları çəkilir.

Telman Mehdiyev Telman Mehdiyev

"Telman Mehdiyev Dövlət Gömrük Komitəsinin Enerji resursları və Dəniz nəqliyyatında Baş Gömrük İdarəsinin rəisidir. O , eyni zamanda Ramiz Mehdiyevin qardaşı oğludur. Rəfael Mehdiyev isə ədliyyə generalıdır, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə rəhbərlik edir. O da Ramiz Mehdiyevin qohumudur",- deyə mənbə bildirib.

Rafael Mehdiyev Rafael Mehdiyev

R.Mehdiyevin nəvəsi Fidan Əliyeva və Səid Mustafayevin şadlıq məclisi avqustun 18-də Novxanıda bağ evində baş tutub. Evin sahibi isə Fidan Əliyevanın atası, keçmiş deputat İlham Əliyevdir.

İlhаm Əliyev İlhаm Əliyev

Şadlıq məclisi ilə bağlı videogörüntülər sosial mediada yayılandan sonra hər iki gəncin ataları - həm İlham Əliyev, həm də qudası Rövşən Mustafayevə avqustun 23-də 15 sutka inzibati həbs cəzası verilib.

Eyni səbəbdən məclisdə iştirak edən tanınmış qonaqlar, musiqiçilər də cərimələnib. Onların arasında Bakı Dövlət Universitetinin keçmiş rektoru, hazırda isə üzvi kimya kafedrasının müdiri olan Abel Məhərrəmov, sabiq Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov, Filarmoniyanın direktoru Murad Adıgözəlzadə, onun müğənni həyat yoldaşı Aysel Teymurzadə, deputat Siyavuş Novruzov və xanımı, Ombudsman Səbinə Əliyeva da var.

Son xəbərlər
Bütün xəbərlər »