Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Belarusda insanlar yenə küçələrə axışdı

Belarusda növbəti prezident seçkilərinin ilkin nəticələri elan olunandan fasiləsiz etiraz aksiyaları keçirilir.

Etirazçılar Aleksandr Lukaşenko hakimiyyətinin yenə saxtakarlığa yol verdiyini bildirir.

Bizimyol.info xəbər verir ki, Belarusda insanlar yenə küçələrə axışıb. Aksiyaların 15-ci günündə də böyük izdiham müşahidə edilir. Təkcə Minskdə yox, Mozırda, Qrodnoda, Jodinoda, Qomeldə, Bobruyskda, Brestdə, Vitebskdə insanlar küçələrə çıxıb.

Aleksandr Lukaşenko Aleksandr Lukaşenko

Belarusun Müdafiə naziri Viktor Xrenin aksiyaçılara xəbərdarlıq edib. O, asayişin pozulması halında ordu ilə üz-üzə qalacaqlarını söyləyib. Minsk polisinin rəhbəri paytaxt sakinlərinə videomüraciət ünvanlayıb. İvan Kubrakov onları təxribatlardan uzaq durmağa çağırıb.

Minskdə 4 metro stansiyasına giriş bağlanıb. Etirazçılar “Lenin meydanı”, “Oktyabrskaya”, “Kupalovskaya”, “Qələbə meydanı” stansiyalarının xidmətindən istifadə edə bilmirlər.

Aksiya iştirakçılarının sayı ilə bağlı müəyyən rəqəm söylənilmir. Amma ümumi sayın 100 min nəfəri ötdüyünə şübhə yoxdur.

Paylaş »
››› ABŞ prezidentliyinə namizəd Baydendən Azərbaycana qarşı davakar açıqlama
››› Ermənilər indi də Krasnodar Erməni Respublikası qurmağa başlayıblar
››› Ter-Nakalyan: Ordumuz taqətdən düşüb, Azərbaycana gücümüz çatmayacaq
››› Ermənilər Qarabağa görə ABŞ-da yolu bağladı, sürücü düşüb 3 nəfəri bıçaqladı
››› Bayraktar yeni dronları sınaqdan keçirdi - Foto
Son xəbərlər
Bütün xəbərlər »