Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Almaniyada Aleksey Navalnıya xüsusi status verildi

Rusiyalı müxalifətçi, Korrupsiya ilə Mübarizə Fondunun qurucusu Aleksey Navalnı müalicə üçün Berlinə “kanslerin qonağı” qismində aparılıb.

“Report” xəbər verir ki, bu barədə “ZDF” kanalı ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Kanal bildirib ki, bu status Navalnıya maksimum polis müdafiəsi ilə təmin olunmasına imkan verir.

“Onun dövlət xadimi olmaması burada heç bir rol oynamır”, məlumatda qeyd olunub.

22 avqustda Rusiyanın Omsk şəhərinin Təcili Tibbi Yardım xəstəxanasında müalicə alan Aleksey Navalnı xüsusi tibbi təyyarə vasitəsi ilə Almaniyaya aparılıb. O, hazırda Berlin şəhərindəki “Şarite” klinikasında müalicəsini davam etdirir.

Qeyd edək ki, 20 avqust tarixində rusiyalı müxalifətçi, Korrupsiya ilə Mübarizə Fondunun qurucusu Aleksey Navalnının Rusiyanın Tomsk şəhərindən paytaxt Moskvaya qayıdarkən halı pisləşib.

İlkin məlumata görə, siyasətçi naməlum maddə ilə zəhərlənib. Hazırda siyasətçinin komada olduğu bildirilir. Yerli həkimlərin onun zəhərlənməsi iddiasını rədd edirlər.

Paylaş »
››› Ordumuz Bərdəni atəşə tutan dəstələrin başına od yağdırdı - Video
››› İş adamından "Mersedes" hədiyyə alan əsgərdən açıqlama: Bayrağı Xocalıda asacağam
››› Ərdoğandan qorxan Makron Rusiyanın ətəyindən yapışdı
››› Bərdə yenidən raket atəşinə tutulub, azı 14 mülki şəxs ölüb - Video
››› Türkiyə təbii qazın ardınca qızıl yatağı da tapdı
Son xəbərlər
Bütün xəbərlər »